Ağsu rayonunda yerləşən AZGRANATA şirə və şərab emalı zavodu 2011-ci ildə istifadəyə verilmişdir. AZGRANATA zavodunda meyvə şirəsi, limonad, konsentrat, kompot, narşərab, abqora, mürəbbə ilə yanaşı, alkoqolsuz və alkoqollu sakit və oynaq şərablar, likyor-araq məmulatı, viski, konyak, vodka o cümlədən, bir sıra meyvə araqları istehsal edilir. Zavod meyvə qəbulu və emalı, konsentrat hazırlanması, aseptik çənlərdə meyvə şirələrinin saxlanılması, şərab, konyak və viski spirtlərinin saxlanılması anbarından, distillə sexindən, şüşə və «tetra pak» qablarının dolumu və qablaşdırılması sexlərindən, hazır və köməkçi xammalın saxlanılması bölümlərindən ibarətdir.