Xəbərlər

InterFood Azerbaijan - “WorldFood Azerbaijan” qida sənayesi sərgisində Belarusu 50-dən çox şirkət təmsil edəcək

“WorldFood Azerbaijan” qida sənayesi sərgisində Belarusu 50-dən çox şirkət təmsil edəcək

20.04.2015

Xəbərlər

Mayın 21-dən 23-dək Bakıda keçiriləcək “WorldFood Azerbaijan” XXI Beynəlxalq qida sənayesi sərgisində Belarusun ən iri müəssisələri ölkənin milli ekspozisiyasında iştirak edəcəklər.

AZƏRTAC bu məlumatı “Belinterexpo” saytına istinadla xəbər verir. Məlumatda 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edildiyinə görə müvafiq sərginin respublikanın qida sənayesi sahəsində ən böyük hadisə olduğu bildirilir.

Daim müsbət dinamika ilə xarakterizə olunan, hər iki respublikanın prezidentlərinin və hökumət başçılarının qarşılıqlı səfərləri ilə möhkəmlənmiş Belarus-Azərbaycan münasibətlərinin mühüm əhəmiyyətini nəzərə alaraq, Belarus hökuməti nümayəndə heyətinin sərgiyə Baş nazirin müavinin rəhbərliyi altında gəlməsi gözlənilir. Milli ekspozisiya çərçivəsində Belarus Respublikası qida sənayesinin 50-dən çox müəssisəsi təmsil ediləcək. Pavilyonların daxilində ekspozisiyanın ümumi sahəsi 312 kvadratmetr olacaq ki, bundan 214 kvadratmetri qida sənayesi müəssisələrinin məhsulları tutacaq. Beləliklə, Bakıda Belarusun 2015-ci il üzrə xaricdə ən iri ekspozisiyası təqdim olunacaq.

Təklif olunan məhsulların xüsusiyyəti ilə əlaqədar Belarus Respublikasının qida məhsulları müəssisələri üç tematik blokda nümayiş etdiriləcək.

Belarus Ticarət Sənaye Palatasının stendində respublikanın iqtisadi potensialı, ixrac imkanları və investisiya cəlbediciliyi, ölkənin aparıcı müəssisələri, habelə ekspozisiyanın qiyabi iştirakçıları haqqında məlumatlar təqdim olunacaq.




Tərəfdaşlar