Xəbərlər

InterFood Azerbaijan - Argentina-Azərbaycan ticarət əməkdaşlığının perspektivləri

Argentina-Azərbaycan ticarət əməkdaşlığının perspektivləri

22.05.2015

Xəbərlər

Qabriel Alexandro Xorkera, Azərbaycan Respublikasında Argentina Səfirliyinin missiya rəhbəri müavini
– Biz Azərbaycan Beynəlxalq “Qida sənayesi” sərgisində ilk dəfə iştirak edirik. Çünki Azərbaycan Respublikası Argentina biznesi üçün yeni bazardır. Lakin buna baxmayaraq, bəzi şirkətlər artıq bu bazarı öyrənməyə başlayıb və yerli şirkətlərlə əməkdaşlıq əlaqələri qurublar. Bir çox sahibkarlar üçün “WorldFood Azerbaijan” sərgisində müstəqil şəkildə iştirak etmək çətindir, lakin ziyarətçilər bizim stenddə bütün zəruri məlumatları əldə edə bilərlər. Biz Azərbaycan bazarında fəaliyyət göstərmək istəyən Argentina şirkətlərinə kömək edirik.

Məlum olduğu kimi, Argentinada qida sənayesi çoxşaxəlidir və buna görə də ölkələrimiz arasında müxtəlif ticarət istiqamətləri üzrə əməkdaşlıq əlaqələri qurula bilər. Məhsullarımızın çeşidlərinə heyvandarlıq və bitki məhsulları, dəniz məhsulları və müxtəlif balıq növləri daxildir. Həmçinin, bizim istehsalçılar bir çox təzə meyvə çeşidini də ixrac edirlər. Bundan başqa, biz Azərbaycanda qənnadı məmulatlarının istehsalı üzrə yaxşı imkanlara malikik.

Təəssüf ki, Azərbaycan istehlakçıları Argentinada istehsal edilmiş qida məhsulları barədə geniş məlumata malik deyil. Buna görə də biz bu problemi tədricən həll etmək və əməkdaşlığı genişləndirmək məqsədi ilə geniş ictimaiyyətin marağını cəlb etmək niyyətindəyik.


Tərəfdaşlar