Xəbərlər

InterFood Azerbaijan - Avstraliyanın ixrac məhsulları

Avstraliyanın ixrac məhsulları

22.05.2015

Xəbərlər

Kassem Yunes, Viktoriya (Avstraliya) ştatı hökumətinin biznes sektorunun Dubay ofisində satış üzrə regional direktor

Biz Avstraliyada qida məhsullarının ən böyük ixracatçısı olan Viktoriya ştatı hökumətini bu sərgidə təmsil etməkdən qürur hissi duyuruq. Bizim ştatımız süd, ət və taxıl məhsullarının istehsalı ilə məşhurdur. Viktoriya ştatının fermaları kiçik bağçılıq təsərrüfatından tutmuş taxıl və mal-qara yetişdirən böyük sənaye müəssisələrinə kimi müxtəlif ölçülüdür. Burada buğda, arpa, yulaf, meyvə, tərəvəz və digər bitkilər becərilir. Münasib iqlim, yüksək məhsuldarlıqlı torpaq və dünya səviyyəli sənaye standartları Viktoriya ştatı ərazisində bütün dünyada yüksək qiymətləndirilən keyfiyyətli kənd təsərrüfatı məhsullarının istehsalına imkan verir.

Biz “WorldFood Azerbaijan 2015” sərgisində debüt edirik və əsas məqsədimiz Viktoriya ştatının geniş istehsal imkanlarını nümayiş etdirməkdir. Bu da nəticədə bizim ixracatçılar, xüsusilə də süd məhsullarını istehsal edən şirkətlər üçün faydalı olacaq. Biz belə hesab edirik ki, bu sərgi bizim üçün ölkənizin hökuməti və Azərbaycanlı idxalçılarla əlaqə və uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlıq baxımından mühüm rol oynayır.


Tərəfdaşlar