Xəbərlər

InterFood Azerbaijan - Əla məhsulları necə əldə etmək olar

Əla məhsulları necə əldə etmək olar

19.05.2016

Xəbərlər

Mehman Quliyev, “Amoris” şirkətinin direktoru

– “Amoris” şirkəti 2009-cu ildə təsis edilib və xarici mütəxəssislərin cəlb olunması ilə kənd təsərrüfatı istehsalının müasir idarəetmə metodları əsasında fəaliyyət göstərir. Bu gün şirkət Azərbaycanın şimal bölgələrində üç yüz hektarlıq əraziyə sahibdir və bu ərazilərdə əsasən, alma, armud, gilas, nektarin və digər meyvələr yetişdirilir. Meyvə ağaclarının əksəriyyəti Fransa, İtaliya və İsraildən gətirilir. Bizim bağlarımız yüksək məhsuldarlığın əldə edilməsinə imkan verən super – intensiv idarəetmə, damcılı suvarma sistemləri əsasında işləyir. Şirkət həmçinin tərəvəzlərin becərilməsi üzrə Niderland istehsalçılarının istehsal etdiyi müasir istixana sisteminə malikdir.

İxrac təmayüllü “Amoris” şirkəti Rusiya, BƏƏ və digər ölkələrin bazarlarını məhsullarla təmin edir. Hazırda Küveyt bazarlarının təchizatı üzrə danışıqlar aparılır. Əminliklə deyə bilərəm ki, bizim meyvə və tərəvəzlərimiz ölkənin iqlim şəraiti sayəsində rəqabətə davamlıdır. Bizim məhsullarımız öz dadının keyfiyyətinə və koloritinə görə bir sıra rəqiblərini üstələyir.

Şirkət bu sərgidə debüt edir və bu debüt bütün proqnozları alt-üst edib. Artıq sərginin ilk iş günündə biz yerli və xarici şirkətlərin nümayəndələri ilə bir sıra mühüm və maraqlı görüşlər keçirmişik. Həmçinin, burada bir sıra şirkətlərin, əsasən də bizi maraqlandıran kənd təsərrüfatı avadanlıqlarının istehsalçılarının stendləri yer alır. Biz ümidvarıq ki, sərginin keçirildiyi günlərdə onlarla yeni işgüzar əlaqələr qura biləcəyik.

 


Tərəfdaşlar