Xəbərlər

InterFood Azerbaijan - Azərbaycan fermerlərinin parlaq nailiyyətləri

Azərbaycan fermerlərinin parlaq nailiyyətləri

20.05.2016

Xəbərlər

Bəşir Quliyev, “Buta Group” şirkətinin Baş direktoru

– “Buta Group” şirkəti “WorldFood Azerbaijan” sərgisində aqrar sahə üzrə iki müəssisəni – “Aztomato” və “Ismaillı Tərəvəzləri” şirkətlərini təqdim edir. Stendimizin ziyarətçiləri məhsuldar bitkilərimizlə əyani şəkildə tanış ola və bizim müəssisənin fəaliyyət barədə məlumat ala bilərlər. Zirə istixana kompleksinin “Aztomato” brendi ilə əsas məhsulu pomidordur. Biz bu müəssisədə tərəvəzlərin qapalı sahədə becərilməsi üçün holland texnologiyalarını tətbiq etmişik. Yüksək keyfiyyətli məhsullarımız Rusiyaya ixrac olunur və bazarda liderdir. Biz bu ildən etibarən bu məhsulun ərəb ölkələrinə ixracına da start vermişik və məhsulumuz bu ölkələrdə Azərbaycan tərəvəzinə xas olan təkrarsız dad xüsusiyyəti ilə tanınır. Ardıcıl günəşli günlər və sərin gecələr sayəsində məhsullarımız maksimum şəkər və quru maddə tərkibi ilə seçilir.

“İsmayıllı Tərəvəzləri” müəssisəsində əsas tərəvəz – müxtəlif növ kartof, soğan, kələm çuğundur və yerkökü növlərinin müasir intensiv becərmə metodlarından istifadə olunur.

Biz dövlətin bizə olan qayğısını daim hiss edirik və bunun sayəsində də öz investisiya layihələrimizi daha da inkişaf etdirmək niyyətindəyik. Bu sərgi bu sahədə regionun şəksiz lideri olan Azərbaycanın aqrar sektorunda əldə edilmiş nailiyyətlərin parlaq göstəricisidir.

 


Tərəfdaşlar