Mətbuat açıqlaması

InterFood Azerbaijan - WorldFood Azerbaijan 2017 - qida sektoru mütəxəssislərinin ənənəvi görüş yeri

WorldFood Azerbaijan 2017 - qida sektoru mütəxəssislərinin ənənəvi görüş yeri

16.05.2017

Mətbuat açıqlaması

17-19 may tarixlərində Bakıda 23-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi WorldFood Azerbaijan 2017 sərgisi keçiriləcək. Keçirildiyi illər ərzində sərgi özünü mütəxəssislər arasında ənənəvi görüş yeri, habelə qida sənayesi üzrə avadanlıq, məhsul və xidmətlərin nümayiş olunduğu, eləcə də müştərilər tapmaq, biznes tərəfdaşları ilə mövcud əlaqələri möhkəmləndirmək və yeni satış bazarlarına çıxmaq üçün imkanların yaradıldığı etibarlı platforma kimi doğrultmağa müvəffəq olmuşdur. Uzun illərdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “WorldFood Azerbaijan” sərgisinə yaxından dəstək göstərir. Sərgi həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir. Sərginin təşkilatçısı qismində “Iteca Caspian” şirkəti çıxış edir.

“WorldFood Azerbaijan 2017” sərgisi dünyanın 21 ölkəsini, o cümlədən Azərbaycan, Belarus, Belçika, Yunanıstan, İspaniya, İtaliya, Latviya, Qazaxıstan, Rusiya və digər ölkələri təmsil edən 164 şirkəti qəbul edir. Bu il ilk dəfə olaraq iştirakçı ölkələrin siyahısına Meksika da daxil olub. Macarıstan, Şri-Lanka və Belarus Respublikası sərgidə milli stendlərlə çıxış edirlər. Stavropol diyarı (Rusiya) tədbirdə regional stendlə iştirak edəcək. Polşanın Azərbaycandakı səfirliyi isə sərgidə Polşa Respublikasının ixrac potensialını təqdim edəcək. Sərgidə Şri-Lankanı təmsil edən seylon çayı istehsalçılarının qrupuna rəhbərlik edən “Şri-Lanka Ti Bord” Dövlət Çay Komitəsi ardıcıl olaraq ikinci ildir ki, tədbirdə iştirak edir. Bu il Bakıdakı “Belarus” mağazalar şəbəkəsi sərgidə debüt edir.

Sevindirici haldır ki, “Made in Azerbaijan” brendi ilə çıxış edən yerli şirkətlər sərgidə fəal təmsil olunur. Belə ki, yerli eksponentlər qrupuna sərginin daimi iştirakçıları – “Azersun Holding”, “Gilan Holding”, “Metak” şirkətləri rəhbərlik edir, yerli meyvə və tərəvəz ixracatçıları isə “Amoris” və “Buta Group” şirkətlərinin timsalında təmsil olunurlar. Builki debütantlar arasında bazarda yeni məhsulu - xüsusi emal üsulu ilə qurudulmuş xurmanı təklif edən “Bal Xurma” şirkəti, “Sem-Az” (laboratoriya avadanlıqları) və “Enes” (pablaşdırmma) şirkətləri yer alır.

Beləliklə, “WorldFood Azerbaijan 2017” sərgisinin iştirakçıları aşağıdakı sektorlar üzrə öz məhsullarını təklif edəcəklər: qida sənayesi üçün avadanlıqlar, qida məhsulları, meyvə-tərəvəz, mal və quş əti, qəhvə və çay, konservləşdirilmiş məhsullar, süd məmulatları, baqqaliyyə məmulatları, inqrediyentlər, qənnadı və un məmulatları, içkilər, soyutma sistemləri, laboratoriya avadanlıqları və s.

Bu il ilk dəfə olaraq “WorldFood Azerbaijan” sərgisi çərçivəsində təşkilatçılar eksponentlər və ziyarətçilər üçün daha bir işgüzar platforma – vorkşop təşkil ediblər. Vorkşop iştirakçıları bir tərəfdən qida məhsullarının xarici istehsalçı və tədarükçüləri, digər tərəfdən isə yerli distribyutorlardır. Bazarın hər iki iştirakçısı öz həmkarları ilə bir masa ətrafında görüşlər keçirmək və bir gün ərzində bir neçə əsas müştəri ilə danışıqlar aparmaq üçün unikal imkan əldə edəcəklər. Vorkşop may ayının 17-də Bakı Ekspo Mərkəzində (saat 12:00 - 17:00) keçiriləcək. Həmçinin, sərginin işgüzar proqramı çərçivəsində 18 may tarixində Azərbaycan Keyfiyyət Assosiasiyası tərəfindən təşkil edilən seminar keçiriləcək.

"WorldFood Azerbaijan” sərgisi ilə eyni platformada Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya “Ipack Caspian 2017” sərgisi keçirilir. Ötən il keçirilmiş eyniadlı tədbir ilə müqayisədə, bu il “Ipack Caspian 2017” iştirakçılarının tərkibi və təklif olunan məhsul çeşidi əhəmiyyətli dərəcə genişlənmişdir. Sərgi çərçivəsində Azərbaycan, BƏƏ, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən eksponentlər ziyarətçilərə tara və qablaşdırma ilə yanaşı, bu məhsulların istehsalı üzrə müxtəlif həll variantlarını da təklif edirlər.

Beləliklə, qida sənayesinin sərgisi mütəxəssislər arasında ənənəvi görüş yeri, habelə qida sənayesi üzrə avadanlıq, məhsul və xidmətlərin nümayiş olunduğu, eləcə də müştərilər tapmaq, biznes tərəfdaşları ilə mövcud əlaqələri möhkəmləndirmək və yeni satış bazarlarına çıxmaq üçün imkanların yaradıldığı etibarlı platforma kimi doğrultmağa müvəffəq olacaq. “WorldFood Azerbaijan” və “Ipack Caspian” sərgilərinin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər. Layihə üzərində iş üçün beynəlxalq şirkətləri Azərbaycandakı sərgilərə fəal şəkildə dəvət edən “ITE Group” şirkətinin tərəfdaşlar şəbəkəsi – “ITE London”, “EUF” (Türkiyə), Сaspian Event Management (BƏƏ), ITE China (Çin), ITE Poland (Polşa) şirkətləri cəlb olunub.

Bu il təşkilatçılar tərəfindən həyata keçirilən yenilik sərginin açılışından xeyli əvvəl, yəni 21 aprel tarixində keçirilmiş işgüzar qəlyanaltı olub. İşgüzar qəlyanaltının keçirilməsində məqsəd iştirakçılara sərginin imkanlarından səmərəli şəkildə istifadə baxımından kömək etməkdir. Tədbirdə “WorldFood Azerbaijan” sərgisinin eksponentləri və təşkilatçılar komandası iştirak edib. İşgüzar qəlyanaltı təşkilatçılar tərəfindən xüsusi olaraq dəvət edilmiş “Big City Coaching ” şirkətinin bələdçisi Kseniya Borisova tərəfindən aparılıb. Qəlyanaltı zamanı stendlərin təşkil olunmasının başlıca məsələləri müzakirə edilib, sərgilərdə uğurlu inkişaf formullarının təqdimatı keçirilib. Bələdçi sərgidə əlaqələr qurmaq üçün bütün resurslardan maksimum istifadə etməyin vacibliyini qeyd edib və təşkilatçıların sərgiyə qədər, sərgi zamanı və sərgidən sonra təklif etdikləri pulsuz resursları xatırladıb. Bundan başqa, təşkilatçılar işgüzar qəlyanaltı keçirməklə iştirakçılara bir-biriləri ilə tanış olmaq imkanı yaradıb, çünki onların əksəriyyəti bir-birilərinin potensial müştəriləri olsalar da, sərgi zamanı stendlərdə aparılan gərgin işə görə belə imkana malik olmurlar. Təşkilatçılar ümid edirlər ki, şirkətlər səsləndirilmiş faydalı məsləhətləri sərgilərdə iştirak əsnasında tətbiq edəcək və işgüzar qəlyanaltı xoş ənənəyə çevriləcəkdir.

“WorldFood Azerbaijan 2017” və “Ipack Caspian 2017” sərgiləri 17-19 may tarixində yalnız sənayenin peşəkarları üçün açıq olacaq. Sərgidə uşaqlarınızı faydalı və əyləncəli fəaliyyətlər təklif edən “Ağıl və Bilgi” şirkətinin peşəkarlarına etibar edə biləcəyiniz uşaq zonası da fəaliyyət göstərir. Bu ilki sərgilərin tərəfdaşları arasında rəsmi səyahət agentliyi “Premier Tour” şirkətləri, o cümlədən “Hyatt Regency” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər), yer alır.

Beləliklə, “WorldFood Azerbaijan” sərgisi bir daha aqrar sənaye kompleksinin mütəxəssisləri üçün görüş yerinə çevriləcəkdir. Həmçinin, sərgidə kənd təsərrüfatı üzrə yeniliklər, işgüzar əlaqələr, kənd təsərrüfatı sahəsinin yeni inkişaf mərhələsinə cəlb olunmuş dövlət təşkilatlarının nümayəndələri ilə görüşlər və xarici həmkarların təcrübəsi qida bazarında Azərbaycan kənd təsərrüfatı məhsullarının rəqabətədavamlı olmasına və investisiya həcminin artmasına kömək edəcəkdir.



Tərəfdaşlar