Xəbərlər

InterFood Azerbaijan - İşgüzar qəlyanaltı “WorldFood Azerbaijan” sərgisinin iştirakçıları üçün

İşgüzar qəlyanaltı “WorldFood Azerbaijan” sərgisinin iştirakçıları üçün

03.05.2018

Xəbərlər

3 may tarixində Hyatt Regency Baku mehmanxanasında “WorldFood Azerbaijan” sərgisinin təşkilatçıları işgüzar səhər yeməyi təşkil ediblər. İşgüzar qəlyanaltının keçirilməsində məqsəd iştirakçılara sərginin imkanlarından səmərəli şəkildə istifadə baxımından kömək etməkdir. Təşkilatçılar tərəfindən xüsusi olaraq dəvət edilmiş kouç Fidan Əzimli  (ALPHA COACHING and CONSULTING)  tərəfindən aparılıb. Qəlyanaltı zamanı stendlərin təşkil olunmasının başlıca məsələləri müzakirə edilib, sərgilərdə uğurlu inkişaf formullarının təqdimatı keçirilib. Bələdçi sərgidə əlaqələr qurmaq üçün bütün resurslardan maksimum istifadə etməyin vacibliyini qeyd edib və təşkilatçıların sərgiyə qədər, sərgi zamanı və sərgidən sonra təklif etdikləri pulsuz resursları xatırladıb. Təşkilatçılar ümid edirlər ki, şirkətlər səsləndirilmiş faydalı məsləhətləri sərgilərdə iştirak əsnasında tətbiq edəcək və işgüzar qəlyanaltı xoş ənənəyə çevriləcəkdir.


Tərəfdaşlar