Xəbərlər

InterFood Azerbaijan - Hindistan çayının ən yaxşı növlərinin dequstasiyası

Hindistan çayının ən yaxşı növlərinin dequstasiyası

16.05.2018

Xəbərlər

Jha Sanjiv Kumar, “Premier’s Tea Limited” şirkətinin marketinq üzrə direktoru (MDB)

– Şirkət 1988-ci ildə Hindistanda təsis edilib və 12 ildir ki, MDB ölkələrində fəaliyyət göstərir. Məhsullarımız Azərbaycanda təxminən 8 ildir tanınır. Bildiyiniz kimi, Hindistan çay istehsalı sahəsində həmişə birinci yeri tutub.

Bizim ekspozisiyada Hindistan çayının ən yaxşı və bahalı növləri təqdim edilir. Onların hamısı ölkənin mənzərəli bölgələrindən yığılır, ən son texnologiya ilə çirk və tozdan təmizlənir və daha sonra qablaşdırılaraq dünyanın 32 ölkəsinə göndərilir. Bütün çay çeşidlərinə təxminən 350 növ, o cümlədən qara, yaşıl, ağ, ətirli, meyvə seriyası, qatqılı çay daxildir. Bunlar arasında son illərdə Azərbaycanda sevilən tanınmış “Darjeeling” çayı yer alır. Bu çay portağal tonuna malikdir, muskat dadı olan xüsusi bir növdür. Sərginin keçirildiyi günlər ərzində qonaqları bu çay növü ilə tanış edəcəyik. Bundan başqa, biz Hindistanın cənubundan toplanmış “Assam” çayını dequstasiyasını keçirəcək və digər dadlı çay növlərini təqdim edəcəyik.

Bütün ziyarətçiləri dequstasiyaya cəlb etmək, onların fikirlərini öyrənmək və rəylərini almaq bizim üçün vacibdir. Şirkət dördüncü ildir ki, bu sərgidə iştirak edir və ziyarətçilər hər dəfə bizim məhsullara daha çox maraq göstərirlər. Artıq bu gün deyə bilərik ki, 2019-cu ildə keçiriləcək sərgidə iştirak etmək niyyətindəyik.


Tərəfdaşlar