Xəbərlər

InterFood Azerbaijan - Milli içki hazırlama ənənələri

Milli içki hazırlama ənənələri

16.05.2018

Xəbərlər

Marina Nesterenko, “Minsk Kristall” şirkətlər qrupunun xarici iqtisadi fəaliyyət idarəsinin direktorunun müavini

– Bizim müəssisə Belarus Respublikası daxilində səkkiz zavodu özündə birləşdirir. Biz Bakıya ilk dəfə səfər etmişik. Holdinqin bütün zavodlarının likör və araq məhsulları ilə stendimizdə tanış ola bilərsiniz. Ənənəvi araqdan başqa, biz həmçinin şirin və acı tinkturalar, balzamlar gətirmişik. Xüsusilə “Gastro Vodka” və “Dva Busla" kimi məhsulların müxtəlif qablaşdırmada yeni xətlərini təqdim edirik. Şirkətin mükafata layiq görülmüş arağını bu gün yeni bir hədiyyə qutusunda və büllur şüşədə stendində görə bilərsiniz. Sərgidə həmçinin “Samogon” milli məhsulunu təqdim edirik. Məhsullarımız mükəmməl yüksək keyfiyyətli, tanınmış, tələb olunan və çox dadlıdır, hər hansı bir bayramı bu məhsullar olmadan təsəvvür etmək mümkün deyil.

Biz Azərbaycan bazarında tədricən irəliləyirik. Bu günə qədər burada artıq iki nümayəndəmiz var. Azərbaycanda ən çox tələb olunan məhsul hələ də klassik araqdır. Məqsədimiz keyfiyyət və dad baxımından heç də geri qalmayan daha çox məhsul təqdim etmək, dequstasiya keçirməkdir ki, Azərbaycanda bizim bütün içkilərimiz tanınsın və bilinsin. Özümüzlə Holdinqin bütün zavodları haqqında ətraflı məlumat verilən reklam materialları gətirmişdir. Burada bizə yardım etmək və təbliğat işlərində dəstək vermək üçün səfirliyimizin nümayəndələri iştirak edəcəklər. Bizim üçün “WorldFood Azerbaijan 2018” sərgisində iştirak etmək böyük əhəmiyyət kəsb edir, çünki bu nəhəng beynəlxalq tədbirdir. Burada məhsullarımızın çoxunu təqdim etmək, danışıqlar aparmaq və tərəfdaşlar tapmaq imkanı əldə etmişik.

 


Tərəfdaşlar