06.06.2021
Ceyhun Bəxtiyarlı, “Atena”MMC-nin qanuni təmsilçisi
2011-ci ildə fəaliyyətə başlayan ATENA MMC sahib olduğu süd texnologiyası və iş metodu ilə sadəcə Azərbaycanda deyil, dünyada sayılıb-seçilən bir süd toplama ferması və istehsal müəssisəsidir. Bütün süd məhsullarının qida dəyərlərini mühafizə etmək üçün, sahib olduğu texnologiya vasitəsi ilə istehsalın hər nöqtəsində ona nəzarət edir. ATENA süd və süd məhsulları bazarına ilkin olaraq 32 növ məhsulla daxil olub, bu gün isə artıq 70 –dən artıq ( Ayran , Xama , UHT süd , Qatıq , Kərə yağı , Çəki və Qab pendirləri ) növ fərqli məhsulla müştərilərinə xidmət etməkdədir. Sərgi zamanı ziyarətçilərə məhsullarımızın dadımı təşkil ediləcəkdir.
“Interfood Azerbaijan” sərgisində “Atena”nın yeni qablaşdırmada və çəkilərdə (200 qr və 900 qr) olan təbii kərə yağları, yeni brend olan “Dadlı” məhsulları (UHT SÜD, Xama, Pendir və Qatıq ) təqdim olunacaq.
Həmçinin şirkətimiz Qarabağ bölgəsində heyvandarlıq məqsədləri üçün ot əkini sahələrinə investisiyaların qoyulması, süd tədarükü məntəqələrinin təşkili və “Qarabağ pendiri” adlı yeni məhsulun istehsalı təkliflərini təqdim edəçək.
İxtisaslaşdırılmış sərgilərin rolunu yüksək qiymətləndiririk. Bu sərgilər Azərbaycan istehsalçılarının və onların məhsullarının təkcə ölkə daxilində deyil, həm də xaricdə tanıdılmasında, republikaya investisiyaların cəlb olunmasında, qeyri-neft təyinatlı məhsulların ixrac imkanlarının artırılmasında mühüm rol oynaya bilər. Sərgilərin keçirilməsində baş verən məcburi fasilə əksər sektorlarda olduğu kimi bizim şirkətin də fəaliyyətinə müsbət təsir göstərməmişdir. İnanırıq ki, bu çətinlikləri geridə qoyub, yeni uğurlara irəlləyəcəyik.