Xəbərlər

InterFood Azerbaijan - Ziyarətçilər Astaraçay-ın dadını qiymətləndiriblər

Ziyarətçilər Astaraçay-ın dadını qiymətləndiriblər

10.06.2021

Xəbərlər

Nurlana İbadullayeva, “ASTARAÇAY” MMC şirkətinin marketinq üzrə rəhbəri

Şirkətimiz Azərbaycan bazarında və xaricdə yetərincə tanınır.

Sərgidə iştirak etməkdən həmişə məmnunuq, çünki qürurla təqdim edəcəyimiz məhsullarımız var. 

Bu il, yeni olan “GONCHA” brendini təqdim edirik. Bu məhsul, dünyada da, ən dəyərli hesab olunan yüksək premium katiqoriyasında olan tipsli çaydır. Bu brend üçün, yarpaq formalı xüsusi qablaşdırma dizaynı hazırlamışıq ki, bu da alıcılar tərəfindən maraqla qarşılanır.

Bildiyiniz kimi, Azərbaycanda 1140 hektar çay plantasiyası var, bunun da, 450 hektarı ASTARAÇAY MMC-yə məxsusdur. Bu, isə əhəmiyyətli göstəricidir.

Stendlərdə premium kateqoriyalı “AZtea” brendimiz və standart kateqoriyalı “Astarayçay” brendimiz nümayiş olunur. Bu gün sərginin ziyarətçiləri və qonaqları “Astaraçay” seriyasından “Məxməri”, “Ekstra”, habelə “AZtea” seriyasından  “Premium” kimi çaylarımızdan dadacaqlar. 

Hər zaman iddialıyıq. Əminliklə deyə bilərəm ki, çayımızın dadını qiymətləndirənlər heç vaxt fikirlərini dəyişdirmirlər!
Düzdür pandemiya hər kəsdə olduğu kimi bizə də, mənfi təsir göstərə bildi. Bu, əsasən satış bazarındakı dinamikada əks olundu. Çətinliklər və sınaqlara baxmayaraq Azərbaycan çayının istehsalı kimi şərəfli yükü ən gözəl şəkildə daşıya bilməyimiz, bizim üçün çox qürur vericidir. Daha böyük uğurlar üçün yorulmadan çalışırıq. Bir gün Qarabağda da,  böyük məmnuniyyətlə və sevinclə çayımızı təqdim edə bilmək şərəfinə laiq olmaq arzusundayıq.


Tərəfdaşlar