Xəbərlər

InterFood Azerbaijan - InterFood Azerbaijan - Perspektivli istiqamətlər

InterFood Azerbaijan - Perspektivli istiqamətlər

19.05.2022

Xəbərlər

Andrey Perçenko, “Brest Regional Baza “Bakaleya” ASC-nin baş direktoru

- Şirkətimiz ABŞ, Avropa, Latın Amerikası və Asiya ölkələrindən tünd spirtli içkilər idxal edir. Bugünkü şəraitdə biz təchizatçıların sayını genişləndirmək üçün yeni imkanlar axtarırıq. Biz uzun müddətdir ki, Azərbaycanla, xüsusən də “Abşeron Şərab” ilə sıx əməkdaşlıq edirik. Bununla yanaşı, biz sənaye emalı üçün yeni quru meyvə və qoz-fındıq istiqamətini  də inkişaf etdiririk. “İnterFood Azerbaijan” sərgisinə, Bakıya səfərimizin məqsədi də elə budur.

Belarus Respublikası bu sərgidə kifayət qədər geniş şəkildə təmsil olunur ki, bu da bizi sevindirməyə bilməz. Qonaq olaraq biz istehsalatın rotasiya olunması imkanları axtaran Belarus vətəndaşlarına müəyyən növ məhsullardan digər məhsullara keçidi təklif edə bilərdik.

Sərginin ilk günündə biz quru meyvə tədarükçüləri ilə əlaqələr qurduq. Alkoqollu məhsul istehsalçıları ilə danışıqlar sabaha nəzərdə tutulub. Deyə bilərəm ki, sərgi gözləntilərimizi doğruldur. Pandemiya dövrləri sərgilərin və B2B görüşlərinin kommersiya baxımından nə qədər əhəmiyyətli olduğunu göstərdi. Məhz onların üzərində gələcək əməkdaşlığın əsası qoyulur. Bütün digər təfərrüatlar və nüanslar sonradan, hətta yazışmalar vasitəsilə də həll edilə bilər. Lakin B2B görüşlərində “müqavilənin predmeti” müzakirə olunur, və bu mənada sərgilər sadəcə olaraq əvəzolunmazdır.


Tərəfdaşlar