Xəbərlər

InterFood Azerbaijan - Hədəfimiz 500 milyon dollar dövriyyədir

Hədəfimiz 500 milyon dollar dövriyyədir

19.05.2022

Xəbərlər

Giorgi Xanişvili, Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin birinci müavini

Azərbaycan və Gürcüstan 30 ildir ki, yan-yana inkişaf edən, bütün problemlər üzərində birgə çalışan dost ölkələrdir. Ticarət dövriyyəmiz yüksək səviyyədədir - təqribən 130 milyon dollar. Bu yaxşı göstəricidir, lakin hər bir ölkənin ehtiyac duyduğu məhsulların çeşidini genişləndirməklə onu xeyli artırmaq imkanı var. Belə də olacaq, çünki həm Gürcüstanda, həm də Azərbaycanda dövlətlər aqrar-sənaye kompleksinin inkişafına böyük sərmayələr qoyur, eyni zamanda yeni imkanlar və istiqamətləri araşdırır.

“InterFood Azerbaijan” və “Caspian Aqro” sərgilərində 14 şirkət təmsil olunur və onlar təkcə şərablar deyil, həm də xırda və iri buynuzlu mal-qara üçün yemlər, qoz-fındıq və s. təqdim edirlər. Biz, Bakıya birbaşa soyuq sıxma üsulu ilə alınan təbii şirələr, qaragilə və təbii ki, Azərbaycanda çox sevilən şirniyyatlar gətirmişik.

Əminəm ki, yaxın on il ərzində ölkələrimiz boş ərazilərin hərtərəfli inkişafına nail olacaq ki, bununla da əhalinin və turistlərin tələbatını ödəmək imkanlarını artıracaq.

Hesab edirəm ki, bizim məqsədimiz 500 milyon dollarlıq ticarət dövriyyəsinə nail olmaqdır. Onda həm fermerlər, həm də emal sənayesi müəssisələri razı qalacaq.

Bakıda keçirilən sərgilər ticarət-iqtisadi məsələlərin həllinə öz töhfəsini verir, lakin ən əsası, xalqlarımızı daha da yaxınlaşdırır.


Tərəfdaşlar