Xəbərlər

InterFood Azerbaijan - InterFood Azerbaijan 2022: məhsul bolluğu, kulinariya mükəmməlliyinin bayramı

InterFood Azerbaijan 2022: məhsul bolluğu, kulinariya mükəmməlliyinin bayramı

20.05.2022

Xəbərlər

Mayın 20-də Bakı Ekspo Mərkəzi»-“İnterFood Azerbaijan”-ın “27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisi öz işini başa çatdırıb. “Caspian Agro 15-ci Yubiley Azərbaycan Beynəlxalq kənd Təsərrüfatı” Sərgisi ilə paralel keçirilib və rekord sayda milli və regional stendləri bir araya gətirib. InterFood Azerbaijan sərgisində on iki ölkədən 155 şirkət iştirak edib.

Qida sənayesi oyunçularının əsas görüş yeri olan bu sərgi belə möhtəşəm tədbirin çoxlu xarici iştirakçılarını və qonaqlarını özünə cəlb etdi.

Qida sənayesində fəaliyyət göstərən əksər sahibkarlar və investorlar keyfiyyətli malların yerli bazara çıxarılması imkanlarını müsbət qeyd ediblər. Təşkilatçılar iştirakçılar və ziyarətçilər arasında birbaşa əlaqə yaratmaq üçün hər cür səy göstərdilər. “InterFood Azerbaijan 2022” sərgisinin ekspozisiyası müxtəlif növ qida sənayesi üçün avadanlıqları təqdim edib. Ekspozisiyaların zənginliyini dünyanın müxtəlif mətbəxlərindən çərəzlərin, şirniyyatların, yüngül qəlyanaltıların, içkilərin və ağız sulandıran sürprizlərin çoxsaylı dequstasiyaları və təqdimatları sübut etdi. Beynəlxalq sənaye və sağlam qidalanma mədəniyyəti sərginin stendlərində hər biri keyfiyyətli və dadlı məhsula zəmanət verən minlərlə müasir eksponatla təcəssüm olunurdu.

Ənənəvi ikitərəfli B2B formatında olan işgüzar görüşlər özəl şirkətlərin rəhbərlərinə dövlət qurumlarının nümayəndələri ilə görüşməkdə uğurlu şəkildə kömək edib.

Beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilən “Aşpazlar Kuboku üzrə 2-ci Azərbaycan Çempionatı” yüksək peşəkarlıq nümayiş etdirmiş, gənc iştirakçıların istedadını, onların qlobal miqyasda mehmanxana və restoran biznesinin tələblərinə cavab vermək istəyini ön plana çıxarmışdır.

Açıq havadda keçirilən “Balık Ekmek” Balıq Məhsulları Festivalına, həmçinin “Bakı Ekspo Mərkəzi”-in foyesində “Oyma sənəti” adlı tərəvəz və meyvələrdən ibarət kompozisiyaya xüsusi diqqət yetirilib.

Belə ki, üç gün ərzində minlərlə ziyarətçi qlobal qida sənayesinin yenilikləri ilə tanış olub, ixtisaslı mütəxəssislərdən məsləhətlər alıb, həmçinin müxtəlif iştirakçıların biznes təkliflərini təhlil ediblər.

Caspian Agro 2022InterFood Azerbaijan 2022 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəal dəstəyi və iştirakı ilə keçirilib. Sərgilər Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO, BMT-in Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir.

Sərgilərin təşkilatçıları “Caspian Event Organisers (CEO)” və onun bir sıra beynəlxalq tərəfdaşlarıdır.


Tərəfdaşlar