Xəbərlər

InterFood Azerbaijan - Sərgiyə səfərdən qazanılmış faydalı təcrübə və xoş təəssüratlar

Sərgiyə səfərdən qazanılmış faydalı təcrübə və xoş təəssüratlar

23.05.2022

Xəbərlər

Ləman Dadayeva, “OBA Market” MMC-nin Mütəxəssisi

- Mən Azərbaycanın ticarət obyektləri şəbəkəsinin işçisi olduğum üçün sərgiyə qida sənayesinə aid ən son xəbərləri öyrənmək məqsədi ilə gəlmişəm. Birincisi, biz qənnadı məmulatları, ət və süd məhsulları ilə maraqlanırıq. “İnterFood Azerbaijan” sərgisində maraqlı təkliflər edən bir sıra tərəfdaşlarımızla tanış oldum. Bir sıra xarici şirkətlərin yeni məhsulları da diqqətimi cəlb etdi.

Bundan əlavə, heyvanların qidalanması və heyvanlara qulluq məhsulları ilə bağlı maraqlı təkliflər barədə də məlumat aldım. Məncə hər hansı bir ev heyvanına sahib olan şəxs,  belə məhsulların yanından ötüb keçməz.
Sərgidə biz bir qrup gənc həmkarla birlikdəyik və qeyd etmək istərdim ki, bu tədbir bizim üçün çox faydalı və aktual oldu. Ola bilsin ki, səfərimizə görə bazarlarımızda məhsul çeşidinin genişləndirilməsi ilə bağlı bir sıra təkliflərlə çıxış edəcək; fəal əməkdaşlıq etdiyimiz şirkətlərdən daha geniş çeşiddə malların tədarükü üçün yeni müqavilələr bağlayacağıq. Hesab edirəm ki, istənilən sənaye mütəxəssisinin ümumi inkişafı üçün belə sərgilərin böyük əhəmiyyəti var.


Tərəfdaşlar