Xəbərlər

InterFood Azerbaijan - Hər bir sərgi mütləq yeni iqtisadi əlaqələr imkanı yaradır!

Hər bir sərgi mütləq yeni iqtisadi əlaqələr imkanı yaradır!

23.05.2022

Xəbərlər

Georgi Niparişvili, , CNFA-nın USAID Kənd Təsərrüfatı Proqramı üzrə  (Gürcüstan) Meneceri

- Mən Gürcüstanda  USAID kənd təsərrüfatı proqramını təmsil edirəm. Biz “İnterFood Azerbaijan” sərgisinə proqramımızın dörd benefisiarı ilə birlikdə a gəlmişik. Bunlar meyvə emalçıları və ixrac üçün şirə istehsal edən şirkətlərdir. Biz Azərbaycanda meyvə və onlar üçün şüşə butulka və qapaq təchizatçıları axtarışındayıq. Bizim uzun müddətdir əməkdaşlıq etdiyimiz yerli tərəfdaşlarımız var. Sərgidə biz Rusiyanın butulka və qapaq istehsalçıları ilə də danışıqlar apardıq.

Azərbaycana səfərimizin proqramına ölkənin bölgələrinə səfər, nar, heyva və albalı istehsalçıları ilə - uzunmüddətli planlara əsaslanan görüş daxil idi, çünki dadlı Azərbaycan meyvələri şirə hazırlamaq üçün əladır.

Azərbaycan fermerləri artıq USAİD proqramı çərçivəsində Gürcüstana səfər ediblər. İndi biz Gürcüstana ixrac olunan meyvə və konteynerlərin potensial təchizatçıları ilə tanış olmağa gəlmişik.

Biz ilk dəfədir ki, “InterFood Azerbaijan” sərgisini ziyarət edirik. Bundan əvvəl biz Türkiyədə belə sərgilərə daha çox baş çəkirdik. Deyə bilərəm ki, biz heç vaxt sərgilərdən “əliboş” geri qayıtmırıq. Burada qurulan əlaqə və tanışlıqlar mütləq gələcək əməkdaşlıq, yeni müqavilələrin bağlanması və yeni iqtisadi əlaqələrin qurulması ilə nəticələnəcəkdir. İnanıram ki, Bakı sərgisi də istisna olmayacaq.


Tərəfdaşlar