18 may Caspian Agro və InterFood Azerbaijan sərgilərinin açılışı baş tutacaq

18 may Caspian Agro və InterFood Azerbaijan sərgilərinin açılışı baş tutacaq

18 aprel 2022 0000

Mayın 18-dən 20-dək 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri keçiriləcək.

Bu il sərgidə rekord sayda milli və regional stendlər nümayiş olunacaq. Sərgilərdə 24 ölkədən 449 şirkət iştirakını təsdiqləyib.

CASPIAN AGRO 2022

“Caspian Agro” kənd təsərrüfatı sahəsində ən böyük beynəlxalq sərgidir. Sərgi Azərbaycan Respublikasının aqrar-sənaye kompleksində mütərəqqi texnologiyaların tətbiqi, kənd təsərrüfatı sahəsinin yerli və xarici mütəxəssisləri arasında təcrübə mübadiləsi və qarşılıqlı faydalı işgüzar əlaqələrin gücləndirilməsi üçün bazarda praktiki vasitə kimi özünü doğrultmuşdur.

Sərgi kənd təsərrüfatı sektorunun ən əsas iştirakçılarını, yerli və xarici mütəxəssisləri, aralarında idxalçılar, ixracatçılar, distribyutorlar, topdan və pərakəndə satış təmsilçiləri, eləcə də fermerlərin yer aldığı minlərlə peşəkar ziyarətçini bir araya gətirir.

Bu il Caspian Agro sərgisində dünyanın 20 ölkəsindən 294 şirkət iştirak edir. ABŞ, Almaniya, Azərbaycan, Belarus, Belçika, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İspaniya, İsrail, İtaliya, Rusiya, Slovakiya, Türkiyə, Yaponiya, Yunanıstan şirkətləri iştirak edəcək.

Kənd təsərrüfatı üzrə:                                                                                                                                       

  • Baytarlıq və zootexnika
  • Bitki və heyvanların mühafizəsi üçün vasitələr
  • Bitkiçilik
  • Damla sulama sistemləri
  • Heyvandarlıq / Quşçuluq / Balıq sənayesi
  • İstixana üçün avadanlıqlar
  • Kənd təsərrüfatı məhsulları
  • Kənd təsərrüfatı texnikası və avadanlığı
  • Laboratoriya avadanlığı
  • Lizinq xidmətləri
  • Meyvə və tərəvəzlərin yetişdirilməsi
  • Mineral və bioloji gübrələr
  • Suvarma üçün maşınlar və avadanlıq
  • Yem və əlavələr və s. təqdim olunacaq

 

Caspian Agro sərgisinin sponsorları arasında Gubre.az və Silo Construction yer alır.

Beləliklə, “Сaspian Agro 2022” sərgisi növbəti dəfə kənd təsərrüfatı kompleksinin bütün mütəxəssisləri, eləcə də fermerlər, kənd təsərrüfatı məhsullarının distrbyutorları və Azərbaycanda kənd təsərrüfatı sektorunun inkişafında maraqlı olan və bu prosesdə fəal iştirak edən hər kəs üçün görüş yerinə çevriləcək.

SMART AGRO

Bu il “Caspian Agro” sərgisi Ağıllı Kənd, Süni İntellekt, İT xidmətləri, Pilotsuz uçuş aparatları (Dronlar) kimi bölmələri əhatə edən “Smart Agro” istiqamətini təqdim edir. Sərginin işgüzar proqramı sadalanan mövzulara uyğun olacaq. Belə ki, mayın 18-də sərgi çərçivəsində “Smart Agro: Kənd Təsərrüfatında İnnovasiyaların təbliği” konfransı keçiriləcək. Sərgidə Smart Agro çərçivəsində artıq icrasına başlanan və eləcə də işğaldan azad edilmiş Qarabağ ərazilərində həyata keçirilməsi planlaşdırılan layihələr təqdim olunacaq.

FERMERLƏR ÜÇÜN TUR

Hər il təşkilatçılar regionlardan gələn fermerlər üçün sərgi üzrə turlar təşkil edirlər və bu tədbir çərçivəsində fermerlər ən son sənaye yenilikləri ilə tanış ola bilirlər, yüksək keyfiyyətli məhsul istehsalı üçün əvəzsiz şərtdir. Bu il 40-a yaxın rayondan fermerlər üçün turlar təşkil olunub.

INTERFOOD AZERBAIJAN 2022

“Caspian Agro” sərgisi ilə eyni vaxtda Xəzər regionunun qida sənayesi şirkətlərinin əsas görüş yeri olan “InterFood Azerbaijan” sərgisi keçiriləcək. Sərginin məqsədi keyfiyyətli məhsulları bazara çıxarmaq və sərgi iştirakçıları ilə ziyarətçilər arasında birbaşa əlaqə yaratmaqdır. “InterFood Azerbaijan” sərgisində 12 ölkədən 155 şirkət iştirak edir. Sərgidə Azərbaycan, Belarus, Belçika, Böyük Britaniya, Hindistan, İran, İtaliya, Litva, Rusiya, Səudiyyə Ərəbistanı, Şri-Lanka, Türkiyə ölkələrindən sirkətlər iştirak edir.

“InterFood Azerbaijan 2022” sərgisinin ekspozisiyasında qida sənayesinin müxtəlif sahələri üçün məhsullar təqdim ediləcək.

Sərgidə təqdim edilən bütün məhsullar aşağıdakı kateqoriyalara bölünür:

  • InterFood (qida sənayesi),
  • InterDrink (içkilər),
  • InterFoodTech (texnologiyalar)
  • HalalFood.
  • Ipack və s.

ƏLAVƏ TƏDBİRLƏR VƏ İŞGÜZAR PROQRAM

Ənənəvi olaraq, sərgilər yerli və xarici şirkətlərin nümayəndələrinin əməkdaşlıq üsullarını və gələcək tərəfdaşlıq üsullarını üz-üzə müzakirə edə biləcəyi ikitərəfli işgüzar görüşlərə (B2B), həmçinin özəl şirkətlərin nümayəndələrinin dövlət qurumlarının nümayəndələri ilə görüşmək imkanına malik ola biləcəyi  ikitərəfli işgüzar görüşlərə (B2G) ev sahibliyi edəcək.

Sərgilərdə iştirakçılara və ziyarətçilərə geniş işgüzar proqram təqdim olunacaq. Belə ki, “InterFood Azerbaijan 2022” çərçivəsində komandalara və ayrı-ayrı şəxslərə öz sahələrində yüksək peşəkarlıq, istedad və qlobal miqyasda otel və restoran biznesinin tələblərinə cavab vermək istəyi nümayiş etdirmək imkanı verən 2-ci Azərbaycan Aşpazlar Çempionatı “Chefs Cup” keçiriləcək.

Bakı Ekspo Mərkəzinin açıq sahəsində keçiriləcək “Balık Ekmek” Balıq Festivalına xüsusi diqqət yetirilməlidir. Həmçinin məkanın təqdimat sahəsində Belarus-Azərbaycan Biznes Forumu da keçiriləcək. Ziyarətçilər maraqlı panel müzakirələrində iştirak edib, Bakı Ekspo Mərkəzinin foyesində "Qida - sənət əsəri" sərgisi: Dekorativ yeməklərin kompozisiyaları ilə tanış ola biləcəklər.

Beləliklə, sərgi ziyarətçiləri yeniliklərlə tanış olmaq, ixtisaslı mütəxəssislərdən məsləhət almaq, həmçinin müxtəlif iştirakçılardan təkliflər almaq imkanı əldə edəcəklər.

KOBIA

15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2022” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2022” sərgilərində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə qida sənayesi və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri öz məhsul və xidmətlərini təqdim edəcəklər.

RƏSMİ DƏSTƏK

Caspian Agro 2022 и InterFood Azerbaijan 2022 sərgiləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aktiv dəstəyi və iştirakı ilə keçirilir. Sərgilər Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir.

Caspian Agro 2022 и InterFood Azerbaijan 2022 sərgilərin rəsmi içkisi qismində "İpək Su", mehmanxanası -  «Hilton Baku» çıxış edir. Sərgilərin təşkilatçısı “Caspian Event Organisers” şirkəti və onun bir sıra beynəlxalq tərəfdaşlarıdır.


TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN