“Caspian Agro” 2024 və “Interfood Azerbaijan” 2024 sərgilərinin mətbuat konfransı baş tutdu

“Caspian Agro” 2024 və “Interfood Azerbaijan” 2024 sərgilərinin mətbuat konfransı baş tutdu

13 may 2024 0000
13 may tarixində “Hilton Baku” otelində kənd təsərrüfatı və qida sənayesi sahəsində mühüm tədbirlərdən biri olan 17-ci olan Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərinə həsr olunmuş mətbuat konfransı keçirilib.
Tədbirdə Azərbaycan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Protokol sektorunun müdiri Toğrul Qafarbəyli, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev, "Caspian Event Organiser" şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə, Azərbaycan Kulinariya Mütəxəssisləri Assosasiyasının Sədri Fərhad Aşurbəyli, və "Caspian Agro" və "InterFood Azerbaijan" sərgilərinin layihə rəhbəri Zarina Məmmədova iştirak edib.
Tədbirə kütləvi informasiya vasitələrinin nümayəndələri və tədbirin təşkilat komitəsinin üzvləri qatılıb.
2024-cü ilin may ayında Bakı şəhəri ölkənin qeyri-neft sektorunda prioritet sahələrdən olan kənd təsərrüfatı və qida sənayesi üzrə beynəlxalq sərgilərə ev sahibliyi edəcək. Sayca 17-ci olan Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri 15-17 may tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcəkdir.
“Caspian Agro” sərgisinə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi təşkilati dəstək göstərir. Bundan başqa, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) sərgiləri fəal şəkildə dəstəkləyirlər.
“Caspian Agro” sərgisinin sponsorları “traktor.az” “Rostselmash” və “STP” şirkətləridir.  Bu mühüm şirkətlərin dəstəyi tədbirin əhəmiyyətinin və aktuallığının göstəricisidir.
Sərgilər ümumilikdə 38 ölkədən 500-ə yaxın şirkəti bir araya gətirəcək. Ötən illə müqayisədə sərgilərin miqyasında 10% artım müşahidə olunur.  
Ümumilikdə sərgilərdə Azərbaycanla yanaşı, Almaniya, Amerika, Belarus, Belçika, Çexiya, Çin, Cənubi Koreya, Estoniya, Əfqanıstan, Ispaniya, Finlandiya , Fransa, Gürcüstan, Hindistan, İran İslam Respublikası, İsrail, İsveç, İsveçrə, İtaliya, İndoneziya, Latviya, Misir, Niderland, Özbəkistan, Pakistan, Polşa, Qazaxıstan, Rusiya Federasiyası, Serbiya, Slovakiya, Tailand, Türkiyə, Türkmənistan, Şri-Lanka, Venesuela, Yaponiya və Yunanıstandan şirkətləri iştirak edirlər. Almaniya, Belarus Respublikası, Gürcüstan, Çex Respublikası, Əfqanıstan, İtaliya, Niderland Krallığı, Koreya, Polşa, Şri-Lanka, İndoneziya, Özbəkistan Milli Qrupları kənd təsərrüfatı və qida sənayesi məhsulları ilə təqdim olunacaqdır.
“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinin təşkilatçıları “Caspian Event Organisers” şirkəti, eləcə də onların tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir. Eyni zamanda, sərgilər Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən aktiv şəkildə dəstəklənir. "Caspian Event Organiser" şirkətinin rəsmi tərəfdaşları “Atəşgah" Sığorta, "Hyatt Regency Baku", "Ibis Baku City", "Radisson Hotel Baku", "Lilac" və "Greenwich Travel Club" şirkətləridir. Sərgilər haqqında ətraflı məlumatı www.caspianagro.azwwww.interfood.az rəsmi internet səhifələrindən əldə etmək mümkündür.


 

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN