“10 potensial tərəfdaş şirkətlə əlaqələr qurmuşuq”

“10 potensial tərəfdaş şirkətlə əlaqələr qurmuşuq”

17 may 2024 0000

Mən ədviyyatlar, tərkibində yağ olan bitki toxumları, taxıl və toxum tozu ixrac edən Hindistan şirkətinə rəhbərlik edirəm. Biz artıq Azərbaycana, konkret olaraq, 1 ildir əməkdaşlıq etdiyimiz "Biola MMC" şirkətinə ədviyyat ixrac edirik. Bu sərgidə ilk dəfədir iştirak edirəm. Fevral ayında Dubayda təşkil edilən "Gulfood" sərgisində iştirak etmişəm. "InterFood" sərgisi həmin sərgi ilə müqayisədə daha kiçik miqyaslı olsa da, çox yaxşı təşkil olunub, təşkilatçılar əla iş görüblər. Mən bu tədbirin təşkilatçısına e-poçt göndərdim və dərhal cavab aldım. Beləliklə, həm yeni müştərilər və alıcılar qazanmaq, həm də hazırkı müştərimlə görüşmək üçün sərgini ziyarət etmək imkanı əldə etdim. Mən hər gün bu sərgiyə gəlirəm. Bu gün sərginin ikinci günüdür, sabah da gələcəyəm. Artıq bu sərgidə iştirak edən 10 şirkətlə, o cümlədən, "Azərsun" şirkəti ilə görüşmək və biznes imkanlarını müzakirə etmək imkanı əldə etmişəm. Bizim üçün bu sərgi çox məhsuldar oldu.
 

Harşad Patel "Krupa Exporter" şirkətinin satış və marketinq direktoru


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN