Avstriyanın ən yaxşı sousları və ədviyyatları

Avstriyanın ən yaxşı sousları və ədviyyatları

18 may 2023 0000

Kristina Çernomordik, marketinq üzrə direktor, Kotanyi

“Kotanyi” 140 ildir bazarda olan Avstriya şirkətidir. Şirkət Avstriya ədviyyatları və souslarını ixrac edir. Bizim təkcə Rusiya və MDB ölkələrində deyil, bütün dünyada nümayəndəliklərimiz var.

Çeşidimizə iki yüzə yaxın məhsul daxildir, məsələn: ədviyyatlar, souslar, istiotlar, paprikalar, xüsusi yeməklərin hazırlanması üçün müxtəlif qarışıqlar.

Şirkətdə iki istiqamət fəaliyyət göstərir: pərakəndə, yəni mağazalar şəbəkələrində satılan məhsullar – kiçik paketlər, kiçik formatlı üyüdücülər. Digəri isə geniş istiqamət olmaqla restoranlar, otellər və ya birbaşa aşpazlar üçün məhsulları tədarük edən böyük B2B şöbəsidir.

“InterFood Azerbaijan” sərgisində bizim kulinariya yarışı zonasında ikinci stendimiz də var və burada sponsorlar olaraq şirkətimizi təmsil edirik.

Hələ çox şey görməmişik, amma sərgidən gözləntilərimiz böyükdür. Yeni tərəfdaşlar və müştərilərlə görüşəcəyimizə ümid edirik. Cəmi bir ildir ki, MDB bazarında olduğumuz üçün belə sərgilərin keçirilməsini vacib hesab edirik. Bölgədə müxtəlif distribyutorlarımız var, lakin şirkət daha da inkişaf etmək istəyir. Ziyarətçilərə bütün ədviyyatlarımız və onların satış formatı haqqında ətraflı məlumat veririk. Məhz ona görə də bugünkü sərgidə iştirak edirik.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN