Az-Granata-nın sanballı məhsul çeşidi və istehsal potensialı

Az-Granata-nın sanballı məhsul çeşidi və istehsal potensialı

18 may 2022 0000

Yusif Ləzgiyev, Az-Granata MMC şirkətinin alkoqollu məhsullar üzrə istehsal rəisi

Az-Granata Cənubi Qafqazda alkoqollu və alkoqolsuz məhsullar seqmentindəən böyük istehsalçılardan biridir. Buna görə də bizim “InterFood Azerbaijan 2022” sərgisində iştirakımız təbiidir və şirkət üçün müstəsna əhəmiyyət kəsb edir.

Az-Granata təkcə yerli deyil, həm də xarici bazarları öz məhsulları  ilə təmin edir, bu məhsullar ABŞ, Kanada, Avropa, Yaxın Şərq və MDB ölkələrinə ixrac olunur. Nar şirələri və siropları  ən böyük coğrafiyanı əhatə edir, bu seqmentdə ən böyük bazarlar Rusiya və Türkiyədir. Fransa, Çin, Kanada, Avstraliyaya məhsul təchizatları həyata keçirilir, Yaponiyaya ixracın təşkili haqqında danışıqlar aparılır.

“InterFood Azerbaijan” sərgisində Az-Granata-nın bütün məhsul çeşidləri və istehsal potensialı sizə təqdim olunur.

Hər bir sərgi sizin öz uğurunuzu geniş miqyasda bəyan etməyinizə və yeni müştərilər cəlb etməyinizə imkan verir. Az-Granata-nın ixrac təchizatlarıbaxımından məqsədi Azərbaycanın qeyri-neft -qaz məhsullarını “Made in Azerbaijan” brendi altında populyarlaşdırmaqdır. Bizim təcrübəmiz onu əminliklə iddia etməyə imkan verir ki, digər ölkələrdə təbii məhsullara - həm alkoqolsuz məhsullara (nar siropu), həm də şərablara tələbat var. Qeyd etmək istərdim ki, “Az-Granata” şirkətinin yetişdirdiyi üzüm və narın seçmə sortları bioməhsullar istehsal etməyə imkan verir.

Onu vurğulamaq istəyirəm ki, sərgi ən yüksək səviyyədə təşkil olunub, biz burada xarici ölkələrin milli pavilyonlarını görməyə şadıq. Hesab edirəm ki, bu ilin InterFood sərgisi bütün iştirakçılar və qonaqlar üçün dolğun məzmunlu və maraqlı bir tədbir olacaq.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN