Azərbaycan fermerlərini makro gübrə və toxumla təmin etmək!

Azərbaycan fermerlərini makro gübrə və toxumla təmin etmək!

18 may 2023 0000

Murat Can Taşdemir, satış üzrə menecer, Agrovita MMC

 

“Caspian Agro” beynəlxalq sərgisi böyük regional əhəmiyyətə malikdir və əslində Cənubi Qafqazda ən böyük sərgidir.

“Agrovita” MMC özəl şirkəti Azərbaycanda 2015-ci ildən fəaliyyət göstərir və Şəmkir, Göyçay, Salyan, Sabirabad, Cəlilabad, Masallı, Bərdə, Quba, Xaçmaz və Bakıda müştəriləri var.

Əlbəttə ki, şirkətin inkişafı vacibdir, ona görə də sərgidə iştirak böyük təcrübə qazandırır - bu, müəssisənin marketinq strategiyasının bir hissəsidir.

Tərəfdaşlarımız arasında “Koppert”, “Rimerna”, “Bioglobal”, “Agrikem”, “DRT”, Buy kimya zavodunu göstərmək olar.

Bu cür əməkdaşlıq sayəsində Azərbaycandakı fermerləri makro gübrə və toxumların müxtəlif növləri ilə təmin edə bilərik.

Anbarlarımızda müxtəlif xarici təchizatçılardan 10 min ton gübrə toplamışıq.

Biz həmçinin aqrokimya və kənt təsərrüfatı texnikasına xidmət göstərilməsində ixtisaslaşırıq.

Müştərilərimiz arasında həm kiçik fərdi alıcılar, həm də şirkətlər var.

Sərginin təşkilatçılarına təklifimiz ondan ibarətdir ki, sərginin müddətini artırsınlar (ən azı 4 gün), çünki bu tədbir böyük maraq doğurdu və bəzən bizim planlaşdırılan bütün danışıqları aparmağa və maraqlı tərəfləri təqdim etdiyimiz məhsullarla tanış etməyə vaxtımız olmur.


TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN