Azərbaycan və Özbəkistan kənd təsərrüfatı sahəsində yol xəritəsi hazırlayır

Azərbaycan və Özbəkistan kənd təsərrüfatı sahəsində yol xəritəsi hazırlayır

7 sentyabr 2023 0000

Azərbaycan və Özbəkistan arasında hazırlanan Kənd Təsərrüfatı sahəsində Əməkdaşlıq üzrə Yol Xəritəsinin icrası ətraflı müzakirə olunub.

Bu barədə Özbəkistanda rəsmi səfərdə olan Azərbaycan kənd təsərrüfatı naziri Məcnun Məmmədovun Özbəkistanın kənd təsərrüfatı naziri Əziz Voitov arasında keçirilən ikitərəfli görüşdə bildirilib.

Bildirilib ki, tərəflər əsas əməkdaşlıq istiqamətlərinin Yol Xəritəsi üzrə müəyyənləşdirilməsinin təqdirəlayiq olduğunu vurğulayıblar.

Məlumata görə, görüşdə Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı rəsmi səfərlər zamanı iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi ilə bağlı qarşıya qoyduqları tapşırıqların yerinə yetirilməsi, əməkdaşlığın gələcək fəaliyyət istiqamətləri ətrafında müzakirələr aparılıb.

Bildirilib ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. Hər iki ölkə bütün sahələrdə əməkdaşlığı gücləndirmək istiqamətində təşəbbüsləri dəstəkləyir.

Görüşdə Azərbaycanla Özbəkistan arasında kənd təsərrüfatının ipəkçilik, fındıqçılıq, şərabçılıq, kənd təsərrüfatı maşınqayırması və digər sahələrdə ən qısa zamanda konkret addımların atılması ilə bağlı razılığa gəlinib.

Eyni zamanda, görüşdə sentyabrın 26-da Bakıda keçiriləcək Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirləri 2-ci Toplantısı və “Aqrobiznes forumu” tədbiri ilə bağlı məsələlər də müzakirə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN