Belarus şirkətlərindən geniş təkliflər

Belarus şirkətlərindən geniş təkliflər

18 may 2023 0000

Natalya Romançuk, Belarus Ticarət və Sənaye Palatasının meneceri

Sərgidə ət-süd və qənnadı sənayesi, kənd təsərrüfatı texnikası və kompleks gübrələri təmsil edən on bir Belarus şirkəti iştirak edir.

O cümlədən:

"Krasnıy pişevik" qənnadı sənayesinin liderlərindən biridir, şirkət zefir, konfet, marmelad və s. istehsal edir. Bu çeşidlərə böyük tələbat var.

"Moloçnıy Qostinets" Belarusda məşhur markadır, çünki məhsullar zərif dadı və yüksək keyfiyyəti ilə seçilir.

"Mozır süd məhsulları" şirkəti kəsmik, süd tozu və süd istehsal edir.

Süd sənayesinin liderlərindən biri "Babuşkina krınka" da təkcə Belarusda deyil, bütün dünyada geniş təmsil olunur.

"Lida süd-konserv kombinatı" "MiLida" brendi altında bir neçə filial tərəfindən təmsil olunur. Ekspozisiyalar arasında pendirlər və süd məhsulları var.

Bu sərgidə "Brestmyasmolprom" konserni dörd müəssisə ilə təmsil olunur: "Brest ət kombinatı", "Kobrin yağ və pendir zavodu", "Luninets süd zavodu" və "Belovejskie sırı" ASC.

"Qomselmaş" kombaynlar və digər mürəkkəb kənd təsərrüfatı texnikası üzrə dünya bazarında liderlərdən biri olan kənd təsərrüfatı texnikası istehsalçısıdır.

"KompleMet" şirkəti kompleks gübrələr istehsal edir.

Stendlərimiz və "Made in Belarus" brendi Azərbaycanda məşhurdur.

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi stendimizdə görməkdən çox məmnun olduq. O, Azərbaycandakı səfirimizlə söhbətində Belarus məhsulları ilə yaxından tanış olduğunu, onların hələ də sovet dövlət standartlarına uyğun istehsal edildiyini və yüksək keyfiyyətlə seçildiyini qeyd edib.

Biz hər il "InterFood Azerbaijan" sərgisində iştirak edirik, növbəti tədbirlərdə daha çox sayda brendlər təqdim etməyə ümid edirik.

Azərbaycanın işgüzar dairələrinin nümayəndələri ilə əlaqə qurmağa, məhsullarımızı onlara təqdim etməyə və danışıqlar aparmağa ümid edirik. Sərgi çox yüksək səviyyədə təşkil olunub, hər şey xırdalıqlarına qədər düşünülüb.


TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN