Biz 12 qlobal brendi təqdim edəcəyik

Biz 12 qlobal brendi təqdim edəcəyik

8 may 2023 0000

İdris Ağuş, Planlaşdırma üzrə mütəxəssis, Beta Food Industry and Trade Inc.
 

"Beta Food Industry and Trade Inc." şirkətinin əsası 1978-ci ildə Adanada qoyulub. Türkiyəyə ilk çay və paket çay idxal edən şirkət olan "Beta Food" türk istehlakçılarını fərqli bir ləzzətlə tanış etdi. Şirkət 500-dən çox müxtəlif çay qarışığı və geniş çeşiddə çay hədiyyə bağlamaları təklif edir. 40 ildən çox iş təcrübəsi və 12 qlobal brend ilə "Beta Food" Türkiyədə çaydan qəhvəyə, şokoladdan düyüyə qədər yüksək keyfiyyətli, daimi tələbat olan istehlak məhsullarının geniş çeşidinə malikdir.
"Beta Food" Azərbaycan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan, Rusiya və İraq kimi ölkələrdə uğurlu çay brendləri ilə bazarın aparıcı şirkətlərindən biridir. Şirkət Amerika, Orta Şərq və Şərqi Avropa bazarlarında böyüməyə davam edir. "Beta Tea" Şri Lanka çay bazarında aparıcı çay alıcılarından biridir.
Azərbaycanın 29-cu Beynəlxalq Qida Sənayesi Sərgisi "InterFood Azerbaijan 2023"-də "Beta Tea" (qara, yaşıl, bitki çayları), "Howdah" brendi, "Champion", "Benuta" şokolad, "Besta" (düyü), "Belita" (düyü), və "Caffito" (qəhvə) məhsulları nümayiş etdiriləcək.
Plantasiyadan fincana qədər ən keyfiyyətli üsulla emal edlmiş çaylarımızı özündə birləşdirən unikal kolleksiyalarımız və "InterFood Azerbaijan 2023" sərgisində "Beta Tea" adı altında unikal dizaynımızla dəyərli müştərilərimizi, maraqlı tərəfləri və şirkət nümayəndələrini qəbul etdiyimiz və dəyərli sektor nümayəndələri ilə görüşdüyümüz stendimizdə qara çay, yaşıl çay və bitki çaylarından ibarət ən tanınmış məhsullarımızı geniş çeşiddə təqdim etməkdən məmnun olarıq.
"InterFood Azerbaijan 2023" sərgisindəki stendimizdə dünyanın müxtəlif bölgələrində istehsal olunan çay növlərindən, eləcə də nadir çay növlərimizdən ibarət kolleksiyalarımızı "Beta Tea" olaraq dəyərli müştərilərimiz, maraqlı tərəflər və sektor rəsmiləri ilə bölüşmək bizim üçün qürurdur. Yeni tərəfdaşlıqları inkişaf etdirməkdən və iqtisadiyyata töhfə verməkdən məmnun olarıq. Məqsədimiz ölkə nümayəndələrinin iştirakından sonra yaranacaq işgüzar tərəfdaşlıqlar vasitəsilə ixrac ölkələrinin sayını artırmaqdır.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN