Bizim Tarla ixracda!

Bizim Tarla ixracda!

18 may 2023 0000

Həmidə Seyidova, marketinq üzrə mütəxəssis, Azərsun Holdinq

Mən marketinq mütəxəssisi kimi ikinci ildir ki, şirkətimizi “InterFood Azerbaijan” sərgisində təmsil edirəm. Stenddə əsasən yerli brend olan “Bizim Tarla” təqdim olunur. Şirkətimiz əsasən konservləşdirilmiş məhsulları sərgiləyir.

Azərsun Holdinq kifayət qədər geniş ixrac coğrafiyasına malikdir. Hazırda məhsullarımız Rusiya Federasiyası, Ukrayna, Belarus, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Özbəkistan, BƏƏ, Litva, Polşa, İraq, Almaniya, ABŞ, Türkiyə, İsrail və Çinə uğurla ixrac olunur.

Biz əsasən insanların evdə bişirməyi sevdiyi məhsulları istehsal edirik, həmçinin məhsullarımız arasında turşu, mürəbbə, cemlər də var. Bu məhsullar istehlaka hazırdır və onların hazırlanması üçün əlavə səy tələb olunmur.

Sərgi çox maraqlı keçir, çünki burada öz unikal məhsulları və dizaynları ilə müxtəlif şirkətlər təmsil olunur. Çox yaxşıdır ki, iştirakçılar üçün yeni tərəfdaşlarla görüşlərin nəzərdə tutulduğu və yeni işgüzar tanışlıqlar yaratmağa imkan verən möhtəşəm iş proqramı hazırlanıb – axı bu şirkətlər üçün böyük əhəmiyyət kəsb edir.


TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN