Marko Qavazzi (Marco Gavazzi), "Helios Group" şirkətinin baş regional satış meneceri
Tədbir yüksək səviyyədə təşkil olunub, bütün sərgi məkanı yaradıcı və müasir görünür. Əminliklə deyə bilərəm ki, bu, əla işdir.
Özüm İtaliyadanam və burada italyan stendinin də təmsil olunması məni sevindirməyə bilməz. Ancaq bu gün pizza yeməyəcəyəm, ən azından bu gün.
Ümumiyyətlə, burada baş verənlər çox cəlbedici görünür. Sərgi həm də məlumatlandırıcı xarakter daşıyır: yemək mədəniyyətimizdən fərqlənən yemək mədəniyyətləri ilə tanış olmaq imkanım oldu.
Bu sərgidə ilk dəfədir iştirak edirəm. Düzünü desəm, belə miqyas gözləmirdim, sərginin bir qədər kiçik olacağını düşünürdüm. Reallıq bütün gözləntilərimi üstələdi. Bu, həqiqətən gözəl bir təcrübə idi.