Brendlərimiz “InterFood Azerbaijan” sərgisində

Brendlərimiz “InterFood Azerbaijan” sərgisində

12 i̇yun 2021 0000

Səadət Şəkixanlı, “Buta Group” şirkətinin marketinq üzrə aparıcı meneceri

“Buta Group” şirkəti 10 ildən artıqdır ki, Azərbaycanın kənd təsərrüfatı sektorunda səmərəli şəkildə fəaliyyət göstərir. 2021-ci ildə keçirilən bu sərgidə şirkətimiz iki brend ilə təmsil olunub – “Buta Agro” və “AzGübrə”.

“Buta Agro” Bakının Zirə kəndində daxili bazar və ixrac üçün pomidor yetişdirilən böyük bir istixana kompleksinə malikdir. Həmçinin, şirkətimiz İsmayıllı Aqroparkında 600 hektar ərazidə kartof, soğan , qarğıdalı əkini ilə məşğuldur. 2020-ci ilin fevral ayında Respublikamızın 8 iqtisadi regionunda, altmışdan çox mağaza şəbəkəsində fermerlərə toxum, gübrə və pestisid satışını həyata keçirən “AzGübrə” brendi yaradılıb. Fermerlərin rahatlığı və vaxtlarına qənaət etmək üçün şirkət bütün məhsulların səyyar satışını da həyata keçirir.

“Buta Agro” şirkətindən fərqli olaraq, “AzGübrə” brendi “InterFood Azerbaijan” sərgisində debüt edir. Burada bütün məhsullarımızı nümayiş etdirməklə yanaşı, biz ziyarətçilərə  ödənişsiz aqronom məsləhətləri də veririk. “Buta Agro” şirkətinin yenilikləri arasında 3 fərqli sortda, qablaşdırılmış şəkildə alıcılara təqdim etdiyimiz “çerri” pomidorlarını xüsusən qeyd etmək istərdim.

Sərgi bizim üçün çox səmərəli keçir, sərginin keçirildiyi bütün günlər ərzində stenddəki ziyarətçi axını azalmayıb. Mən hesab edirəm ki, sərginin sonunda bizi yeni maraqlı müqavilələr gözləyir.


TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN