İnqa Berzina, "Fermerlər parlamenti" layihəsinin rəhbəri
28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi "Interfood Azerbaijan" sərgisində biz üç ölkəni təmsil edirik: Latviya, Estoniya və Finlandiya.
Burada əsas məqsədlərimizdən biri hədəf bazarı tapmaqdır.
Bu, sərgidə ziyarətçi qismində iştirak etdiyimiz ilk təcrübəmizdir, lakin gələn il buraya öz stendimizlə iştirakçı kimi gəlməyi planlaşdırırıq.
Bugünkü təəssüratlara əsaslanaraq deyə bilərəm ki, tədbir heyrətamizdir, miqyası təəccüb doğurur.
Şimal ölkəsindən olduğumuzu nəzərə alsaq, cənub ölkələrində istehsal olunan bütün məhsullar bizim üçün əsl ekzotikadir.
Yerli istehlakçıları maraqlandıra biləcək mallara gəldikdə, hazır ət məhsullarının (mal ətindən) və süd məhsullarının ixracında potensial görürük.