"Caspian Agro" və "InterFood Azerbaijan" sərgilərinə həsr olunmuş mətbuat konfransı keçirildi.

"Caspian Agro" və "InterFood Azerbaijan" sərgilərinə həsr olunmuş mətbuat konfransı keçirildi.

16 may 2022 0000
16 may tarixində Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərinə həsr olunmuş mətbuat konfransı, “Hilton Baku” mehmanxanasında keçirildi. Mətbuat konfransında Azərbaycan Respublikası kənd təsərrüfatı nazirliyinin protokol rəhbəri cənab Toğrul Qafarbəyli, “Caspian Event Organisers” şirkətinin icraçı direktoru сənab Bəhruz Hidayətzadə və “Caspian Event Organisers” şirkətinin layihə rəhbəri xanım Zarina Məmmədova iştirak ediblər. KİV nümayəndələri arasında APA Group, AZERTAC, Report.az, Real TV, Ses TV, Anews.az və s. iştirak etmişdi. Mətbuat konfransı zamanı KİV nümayəndələrinə sərgi ilə bağlı, həmçinin iştirakçıların sərgidə hansı yenilikləri təqdim etdiyi və bu sahə ilə bağlı ölkə üçün yeniliklər haqqında ətraflı məlumat təqdim olunmuşdu.

TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN