Viktoriya Filina, "TechnoNICOL Corporation" şirkətinin satış meneceri
Sərgidən əldə etdiyim təəssüratlar son dərəcə müsbətdir. İlk növbədə ona görə ki, sərgi belə gözəl, günəşli Bakı şəhərində keçirilir. İnsanlar hamısı çox səmimi, mehriban və qonaqpərvərdirlər. Sərgi iştirakçıları öz məhsulları haqqında məlumatları həvəslə paylaşırlar.
Artıq bir neçə işgüzar əlaqə qurmağa nail olmuşam. Diqqəti cəlb edən şirkətlərdən biri tərəvəz və çiçək bitkiləri yetişdirmək üçün istifadə olunan daş yun substratlarının istehsalı ilə məşğul olur. Əlaqədar olduğum biznes burada keçirilən hər iki sərgi ilə birbaşa bağlıdır - biz istixanaların yaradılması ilə məşğul oluruq, ona görə də substratlar mövzusu mənim üçün belə maraqlıdır. Bu mənim üçün çox faydalı bir məlumatdır və düşünürəm ki, yeni əlaqə gələcəkdə mənim üçün faydalı olacaq.
Bu cür tədbirlər həmişə yeni tərəfdaşlar tapmaq və özünüz haqqında məlumat vermək üçün əla fürsətdir.