Gənc aşpazlar böyük peşəkar təcrübə əldə edirlər

Gənc aşpazlar böyük peşəkar təcrübə əldə edirlər

20 may 2022 0000

Mahaç Vaqabov, tarix elmləri doktoru, Moskva Politexnik Universitetinin professoru, Dünya Aşpazlar Cəmiyyətləri Assosiasiyasının (WACS) hakimi

– İkinci dəfədir ki, Bakıda keçirilən aşpazlar çempionatında iştirak edirəm. Mən bu turnirin təşkilatçılarından ibarət gənc komandaya, çempionatın hazırlanmasına və keçirilməsinə peşəkar yanaşmaya heyranam. Visit Dagestan Beynəlxalq Qastronomiya Festivalının təşkilatçısı və rəhbəri, həmçinin Xorvatiya, Serbiya, Monteneqro, BƏƏ və bir sıra digər ölkələrdə keçirilən çempionatların hakimi kimi deyə bilərəm ki, bu nəhəng titanik işdir, təşkilatçılar onun öhdəsindən əla gəlmişlər. Azərbaycanda Aşpazlar Kuboku çempionatı dünya səviyyəsində keçirilir.

Builki çempionatın iştirakçılarının tərkibindən çox razı qaldım, onların arasında gənclər də çoxdur. Münsiflər heyətimiz tanınmış hakimlərdən ibarətdir. Məsələn, qırx ildir kulinariya kollecinə rəhbərlik edən italyan Domenico Maggi. Gənc aşpazların bu səviyyəli mütəxəssislərdən əldə etdikləri təcrübəni qiymətləndirmək qeyri-mümkündür, bu, həyat üçün böyük məktəbdir.

Belə kulinariya müsabiqələrində sponsorluq da mühüm rol oynayır. Bu layihə bir çox tanınmış brendlər tərəfindən dəstəklənir, onların əksəriyyəti azərbaycanlıdır. Düşünürəm ki, bu, imic baxımından onlar üçün əla reklamdır. Çempionatın iştirakçıları bu şirkətlərin məhsullarından öz işlərində istifadə edərək, onların yüksək keyfiyyətini vurğulayırlar ki, bu da ən yüksək peşəkar göstəricidir.


TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN