Hazırkı sərgidə iştirakın vacib tapşırıqları

Hazırkı sərgidə iştirakın vacib tapşırıqları

11 i̇yun 2021 0000

Rza Məmmədov, “AZERSUN” şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Azərbaycanın iri şirkətlərindən biri olan “Azersun Holding”in qida sənayesi, kənd təsərrüfatı, qablaşdırma və kağız istehsalı sahələrində otuzdan çox müəssisəsi fəaliyyətə başlayıb. Bu gün böyük holdinq ölkənin qida sənayesi sahəsindəki qabaqcıl şirkətlərini bir araya gətirir.

“InterFood” sərgisindəki stendimizdə 30-dan çox qida məhsulu nümayiş olunur. Ümumilikdə, “Azersun” şirkətinin məhsulları dünyanın 40-dan çox ölkəsinə ixrac olunur. Malların qablaşdırılması bizim “tarladan süfrəyə” istehsal prinsipimizə cavab verir, Xırdalan karton fabrikində və metal qablaşdırma istehsalı müəssisəsində istehsal olunur. Bütün qablaşdırmaların üzərində isə “MADE IN AZERBAIJAN” yazısı var.

Pandemiya bütövlükdə iqtisadiyyatın inkişafına böyük təsir göstərib. Təbii ki, bu problem bizim sektorumuza da təsir etdi, lakin deyə bilərəm ki, şirkətimizdə işçi ixtisarı baş verməyib. Eyni zamanda, “Azersun Holdinq” Koronavirus ilə Mübarizəyə Dəstək Fonduna təxminən 1,5 milyon manata yaxın vəsait köçürüb.

Bu sərgidə iştirak etmək üçün bir neçə tapşırığımız var: biz həm yerli, həm də xarici tərəfdaş şirkətlər ilə görüşməyi, əlaqələr qurmağı, məhsullarımız barədə mütəxəssislərin fikir və rəylərini öyrənməyi planlaşdırırıq.

Mən hesab edirəm ki, “InterFood” sərgisi bu sənayenin inkişafında böyük əhəmiyyətə malikdir. Hər bir iştirakçı şirkət burada gələcək inkişaf perspektivi əldə edir.


TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN