“Bharat Industrial Enterprises Ltd (BIEL)”-nin direktoru. Mohit Qupta:
Biz “Bharat Industrial Enterprises Ltd” şirkətinin məhsullarını sizin ölkənin bazarında təqdim etmək və distribyutor tapmaq vəzifəsini qarşımıza qoyaraq “InterFood Azerbaijan” sərgisində ilk dəfədir iştirak edirik. Biz Azərbaycanda düyünün nə qədər çox sevildiyini və məşhur olduğunu bilirik. Ondan çoxlu yeməklər, əsasən, plov hazırlanır. Hindistanda xüsusi diqqətlə yetişdirilən düyülərimiz xüsusi dadı və ətri ilə seçilir, əminliklə deyə bilərik ki, bu ən tələbkar aşpazları belə razı salacaq.
“InterFood sərgisi istehlakçıları və potensial tərəfdaşları “Basmati” də daxil olmaqla bir neçə əla hind düyü çeşidi ilə tanış etmək və marketinq tərəfdaşı tapmaq üçün çox gözəl bir platformadır.
Cəmi bir neçə saatdır ki, sərgidə olmağımıza baxmayaraq, stendimizi artıq bizimlə əməkdaşlığa marağı olan bir neçə sahibkar ziyarət edib. Bu hələ ilk gündür! Biz daha çox təkliflərin gələcəyinə və “Bharat Industrial Enterprises” şirkətinin Cənubi Qafqazın iqtisadi cəhətdən güclü lider ölkəsi olan Azərbaycan bazarına çıxa biləcəyinə ümid edirik.
Bu fürsəti yaratdığına görə “Caspian Event Organisers” şirkətinə minnətdarlığımızı bildiririk. Sərginin mükəmməl şəkildə təşkil olunduğunu da qeyd etmək istərdim. “InterFood Azerbaijan” sərgisində düzgün infrastrukturdan tutmuş atmosferə qədər hər şey mükəmməldir.