“InterFood Azerbaijan 2021” sərgisi: bazarın aparıcı iştirakçıları arasında səmərəli görüşlər

“InterFood Azerbaijan 2021” sərgisi: bazarın aparıcı iştirakçıları arasında səmərəli görüşlər

12 i̇yun 2021 0000

12 iyun tarixində Bakı Ekspo Mərkəzində 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi (“Interfood Azerbaijan 2021”) sərgisi öz işinə yekun vurur. Forumun mühüm bir əlaməti isə koronavirus pandemiyasının səbəb olduğu fasilədən sonra  işini bərpa etməsi oldu. “Interfood Azerbaijan 2021” sərgisi ilə paralel olaraq, Ekspo Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro 2021”) sərgisi keçirilir. Sərgilərin təşkilatçıları qismində “Caspian Event Organisers” (CEO) şirkəti və onun bir sıra xarici tərəfdaşları çıxış edib.

İki illik fasilədən sonra biznes sektoru canlı ünsiyyət üçün darıxmış vəziyyətdədir. Sektorun çoxsaylı peşəkarları işgüzar əlaqələri bərpa etmək üçün son iki ildə ilk dəfə olaraq həvəslə bir araya gəliblər. Hazırda kənd təsərrüfatı və qida bazarlarında müsbət təmayül müşahidə olunur, buna görə də potensial tərəfdaşla birbaşa dialoqa girmək fürsəti indi bütün layihə iştirakçıları üçün çox vacibdir.

Bu il sərgilər dünyanın 28 ölkəsini təmsil edən 230-dan çox şirkəti bir araya gətirib. Onların arasında Azərbaycan, Əfqanıstan, Belarus, Belçika, Bolqarıstan, Böyük Britaniyanın Vircin Adaları, Almaniya, Yunanıstan, Hindistan, İran, Çin, İsrail, İspaniya, İtaliya, Litva, Niderland Krallığı, BƏƏ, Polşa, Rusiya, Rumıniya, Səudiyyə Ərəbistanı, Sloveniya, ABŞ, Türkiyə, Ukrayna, Finlandiya, Fransa, və Yaponiya yer alır.

Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə qida sənayesi və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən mikro və kiçik müəssisələr öz məhsul və xidmətlərini təqdim ediblər.

Sərginin mühüm nailiyyəti Qarabağ regionunda müasir texnologiyaların tətbiqi ilə bağlı aktual dialoqun aparılması olub və bu da əkin sahələrinin artmasına təminat verir və qida təhlükəsizliyi problemlərinin həllinə müsbət təsir göstərəcək.

Sərgidə kənd təsərrüfatının uğurlu inkişafını təmin edən qabaqcıl texnologiyalar, ən yaxşı təcrübələr və ən yaxşı layihələr uğurla nümayiş etdirilib. “InterFood Azerbaijan 2021” sərgisində təqdim olunan bütün məhsullar dörd əsas sahəyə aiddir: “InterFood”, “InterDrink”, “InterFoodTech” və “HalalFood”.

Ənənəvi olaraq, “InterFood Azerbaijan” sərgisi çoxsaylı dadlı eksponatlarla yadda qaldı. Bunların  arasında ət, toyuq və balıq məhsulları, pendirlər, südlü və şirin çərəzlər, meyvə və tərəvəzlər, kompakt səhər yeməkləri və nahar yeməkləri, kulinariya, baqqaliyyə məmulatları, konservlər yer alır. Ziyarətçilər məmnuniyyətlə şirə və kompotları, çay, qəhvə, ən yaxşı şərab markalarının dadına baxdılar, hər stenddən suvenirlər və hədiyyələr aldılar.

Ziyarətçilər stendlərdə yemək və içki ilə yanaşı soyuducu, ticarət, çörəkbişirmə avadanlıqları, meyvə anbarları, sanitariya və gigiyena məhsulları, istehsalın avtomatlaşdırılması üçün həll variantları, qablaşdırma materialları, etiketləmə avadanlıqları; qablaşdırma avtomatları və bir sıra digər məhsullar haqqında məlumat alıblar.

Təşkilatçılar sərgilərdə iştirak edənlərin hamısının təhlükəsiz iştirakı sistemini diqqətlə hazırlayıblar. Hər şey - sosial məsafədən tutmuş maska ​​rejiminə, antiseptik və təmizləyicilərin istifadəsindən tutmuş bədən hərarətinin ölçülməsi və məkanların müntəzəm olaraq dezinfeksiyasına qədər ən kiçik detallara qədər düşünülüb. Canlı (oflayn) tədbirlərin təhlükəsiz keçirilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın, həmçinin Ümumdünya Sərgi Sənayesi Birliyinin (UFI) tövsiyələrinə əsaslanır.

İşgüzar proqramın əsas tədbiri sərgilərdə yeni işgüzar əlaqələrin qurulması və artıq mövcud olan əlaqələrin gücləndirilməsi üçün əlavə platforma kimi ikitərəfli görüşlər (B2B) olub. Görüşlər iştirakçılar, yerli istehsalçılar və distribyutorlar arasında keçirilib.

“Caspian Agro 2021” və “InterFood Azerbaijan 20212 sərgiləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəal dəstəyi və iştirakı ilə keçirilirdi. Sərgilər həmçinin Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Qida və İçki Sənayesi Assosiasiyası və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən dəstəklənib.


TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN