INTERFOOD AZERBAIJAN 2023: qida və qidalanma sahəsində mahsul və xidmətlərin dünya təqdimatı

INTERFOOD AZERBAIJAN 2023: qida və qidalanma sahəsində mahsul və xidmətlərin dünya təqdimatı

17 may 2023 0000

Mayın 17-19-da Bakı Ekspo Mərkəzində regionun ən böyük sərgiləri - 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” keçiriləcək. Sərgilərin təşkilatçısı “Caspian Event Organisers” şirkəti və onun bir sıra beynəlxalq tərəfdaşlarıdır.

 

Mayın 17-də Bakı Ekspo Mərkəzində 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") işə başlayıb. Sərginin rəsmi açılış mərasimində kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Qida Təhlükəsizliyi Agentliyi sədr Qoşqar Təhməzli, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin (KOBİA) sədri Orxan Məmmədov, Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin vəzifəsini icra edən Xəyalə Dadaşova, “Caspian Event Organisers” Baş direktoru Fərid Məmmədov çıxış etdilər.

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxış edərək ilk növbədə bütün içtirakçıları salamlayıb və aşağıdakıları bildirib:

Sadəcə bu sərgi çox əlamətdar bir ilə təsədüf edir. Bu il halqımız müasir Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydar Əliyevinin yüzillik yubileyini qeyd edir. Bu səbəbdən bu gün fəaliyyət başlayan sərgi də məhz ümumi lider Heydar Əliyevin yüzillik yubileyinə həsr olunur.

Aqrar sahədə tətbiq olunan yeniliklər, innovativ həllər məhsuldarlığı dəfələrlə artırır, torpaq və su resurslarından daha səmərəli istifadəyə imkan verməklə məhsulun maya dəyərinin azalmasına və fermerlərin daha çox gəlir əldə etməsinə rəvac verir. Bu baxımdan regionun kənd təsərrüfatı sahəsində ən böyük beynəlxalq sərgisi hesab edilən “Caspian Agro”ya hər il olduğu kimi bu il də böyük maraq var. Ümidvarıq ki, keçirilən sərgi aqrar sahədə çalışanlara yeni texnika və texnologiyalarla tanış olmağa, təcrübə mübadiləsi aparmağa, qarşılıqlı faydalı işgüzar əlaqələr qurmağa imkan verəcək. Sevindirici haldır ki, sərgidə iştirak edəcək şirkətlərin 71 %-i xarici şirkətlərdir.

Bu gün fəaliyyatə başlayan sərgi kənd təsərrüfati məhsullarının istehsalçılarına bu innovativ yenilliklərlə əyani tanış olmağa imkan verir. Bu innovasiyalar xarici şirkətlərin tədbirdə iştirak payının hər il daha da artığını da xüsusilə qeyd etmək istəyirəm.

Əminəm ki, “Caspian Agro-2023” sərgisi təkcə çoxsaylı aqrar innovasiyaların təqdimatı ilə deyil, həm də yerli və xarici şirkətlər arasında əməkdaşlığın daha da genişlənməsi, yeni əməkdaşlıqların qurulması ilə yadda qalacaq.

Qida Təhlükəsizliyi Agentliyi sədr Qoşqar Təhməzli çıxış edərək dedi:

İnanıram ki, qida zəncirinin bütün mərhələlərində fəaliyyəti göstərən tərəflərin iştirak etdiyi bu beynəlxalq tədbirdə qida sahəsində məhsul xidmətlərin nümayiş etdirilməsi yeni işgüzar əlaqələrin qurulmasına və genişlədirilməsinə böyük töhfə verir.

Sonra söz Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin (KOBİA) sədriyə Orxan Məmmədova verilib:

Ənənəvi olaraq, Qida və Kənd təsərrüfatı sərgisi hər il keçirilir və sərgiyə sahibkarlar tərəfindən iştirak etmək üçün çox böyük diqqət və maraq var.

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin vəzifəsini icra edən Xəyalə Dadaşova:

Bildiyiniz kimi, Naxçıvan Muxtar Respublikası bu il ilk dəfədir ki, bu sərgilərdə iştirak edir və biz bununla qürur dururuq və sizlə bir yerdə olduğunuzdan xoşbəxtlik hissini keçiririk.

“Caspian Event Organisers” Baş direktoru Fərid Məmmədov bütün sərgi iştirakçıları təşkilatçı adından salamlayıb və uğurlar arzulayıb. O, çıxış zamanı sərgi ilə bağlı statistik məlumatları təqdim etdi. Sərgiyə dəstəyi göstərən sponsorlar və tərəfdaşlara öz təşəkkürünü bildirib.

28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” Sərgisində 17 ölkədən 161 şirkət iştirakını təsdiq edib. Sərgidə Azərbaycanla yanaşı, Almaniya, Belarus, Çin, Fransa, İran, İtaliya, Polşa, Rusiya Federasiyası, Slovakiya, Sloveniya, Şri-Lanka, Tayland, Türkiyə və ilk dəfə olaraq Tunisdən olan şirkətlər təmsil olunur. Bu il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir. Bu mühüm hadisə “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinin proqramlarında da öz əksini tapacaq.

“InterFood Azerbaijan” keyfiyyətli malları bazara çıxarmaq və sərgi iştirakçıları ilə ziyarətçilər arasında birbaşa əlaqə yaratmaq məqsədi daşıyır.

Sərgidə təqdim olunan bütün məhsullar aşağıdakı istiqamətlərə bölünür:

· InterFood (qida sənayesi)

· InterDrink (içkilər)

· InterFoodTech (texnologiya)

· HalalFood

· “HOREX”

· “Ipack”

· Bu sərgi qida təhlükəsizliyinin və keyfiyyətinin təmin olunmasında mühüm rol oynayır. “InterFood Azerbaijan” istehlakçıları yüksək səviyyəli məhsullarla təmin etmək üçün istehsal texnologiyalarına riayət etmək, yeni istehsal üsullarını inkişaf etdirmək, sənayedə innovasiyaları tətbiq etmək, eləcə də bu sahədə çalışan şəxslərin bilik və bacarıq səviyyəsini artırmağa yönəlmiş təcrübə mübadiləsi üçün unikal platformadır.

· “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə qida sənayesi və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri də öz məhsul və xidmətlərini təqdim edəcəklər.


TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN