IoT sensorları ilə baxış platforması

IoT sensorları ilə baxış platforması

18 may 2023 0000

Erik Uiver, Baş İcraçı Direktor, Transparent Path

"Transparent Path" qabaqcıl logistika texnologiyaları üzrə ixtisaslaşmış Amerika şirkətidir. Biz qida, dərman, qan/plazma və kimyəvi maddələr kimi tez xarab olan malların davamlı monitorinqini, görünürlüyünü və daşınma üçün təhlükəsiz saxlanılmasını təmin etmək üçün tələb olunan avadanlıq və proqram təminatını bir araya gətiririk. Yüklərin yeri, temperaturu, rütubəti, zərbə və işığa məruz qalmasını davamlı izləmək, yüklərin harada olduğunu və onlarla nə baş verdiyini izləmək üçün mobil IoT sensorlardan istifadə edirik. Avadanlığın nasazlığı, oğurluq və ya soyuq rejimin zəifləməsi halları kimi nəqliyyatda hər hansı hadisə baş verdikdə, müvafiq tərəfləri dərhal xəbərdar edə bilərik ki, onlar müdaxilə edib daşınmanı itkidən xilas edə bilsinlər. Bu, tullantıları, xərcləri və riskləri azaldır və məhsulların zibilxanalara düşməsinin qarşısını alır.

İnanırıq ki, Azərbaycan bizim texnologiyalarımızdan istifadə etməklə ərzaq məhsullarını təzə, təhlükəsiz, yüksək keyfiyyət və gəlirlə saxlayaraq məhsulların ixracını təmin etməkdə özünü və şirkətlərini məhsul ixrac edən digər ölkələrdən fərqləndirmək üçün unikal imkanlara malikdir. Həmçinin inanırıq ki, ixracı real vaxt rejimində izləməklə təchizat zəncirindəki itkiləri azalda bilərik.

Biz Baxış Platformamızı "Caspian Agro" sərgisində IoT sensorlarımızla birlikdə nümayiş etdirmək niyyətindəyik. Biz bir neçə yeni göndərişləri izləmə cihazı təqdim edəcəyik və ərzaq mağazalarının rəflərinə çatmazdan əvvəl məhsulların nə qədər təzə olacağını proqnozlaşdıran "təzəliyi proqnozlaşdırma" alqoritmlərimiz haqqında məlumat verəcəyik.

Biz "Caspian Agro" sərgisində ilk növbədə regionun ərzaq təchizatında qabaqcıl texnologiyalarımızın tətbiqinə marağı qiymətləndirmək üçün iştirak edirik.

Biz bilirik ki, etibarlı biznes əlaqələri yaratmaq vaxt tələb edir və yeni texnologiyaların tətbiqi çətin ola bilər. Biz həmçinin fərqli vaxt zonalarında əlaqələri davam etdirməyin nə qədər çətin olduğunu bilirik. Beləliklə, biz təkcə regionda işgüzar əlaqələrin yaradılmasının mümkünlüyünü deyil, həm də bu səfərdən istifadə edərək yerli ofisin yaradılması imkanlarını qiymətləndiririk.


TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN