İstənilən məhsulu tanıtmaq üçün əla yer!

İstənilən məhsulu tanıtmaq üçün əla yer!

19 may 2022 0000

Cəmil Həsənli, Şəki Şərab MMC-nin kommersiya direktoru

Təmsil etdiyim şirkət spirtli içkilərin istehsalı və satışı üzrə ixtisaslaşmışdır. Mən sərgini yeni tərəfdaşlar və istehsalçılar axtarmaq, əməkdaşlıq qurmaq, əks distribüter imkanlarını araşdırmaq üçün ziyarət etdim. Sərgidə axtardığım hər şeyi tapdım, biznesimizin inkişafı üçün vacib və ümid edirəm ki, perspektivli danışıqlar apardım və çoxlu dəyərli məlumatlar aldım. Bununla belə, hesab edirəm ki, sərgidə şərab sektorumuz kifayət qədər geniş təmsil olunmur, və mənə elə gəlir ki, bu, daha çox şərab məhsulları istehsal edən şirkətlərin sərgidə iştirak etmək istəməməsi ilə bağlıdır. Ancaq məhsullarınızı tanıtmaq üçün daha yaxşı bir yer təsəvvür etmək çətindir.

Hesab edirəm ki, əlavə təbliğata ehtiyacı olan sahələr var. Görün, InterFood Azerbaijan-da nə qədər tərəvəz və meyvə istehsal edən şirkətlər var, yəni artıq Azərbaycanda yaxşı tanınan və ölkədən kənarda geniş şəkildə satılan məhsullar. Şərab şirkətləri isə daha çox təbliğata ehtiyac duyurlar. Düşünürəm ki, dövlət və belə ixtisaslaşmış sərgilərin təşkilatçıları qida sənayesinin bütün sahələrinə şərait yaratmağı qarşısına məqsəd qoyurlar. Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası öz töhfəsini verə bilər.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN