İtaliyada pastanın 80%-i bizim avadanlıqlarımızda istehsal olunur

İtaliyada pastanın 80%-i bizim avadanlıqlarımızda istehsal olunur

16 may 2024 0000

"Fava" İtaliyanın pasta istehsal edən avadanlıqlar brendidir. Biz bu seqmentdə dünyanın ən məşhur şirkətlərindən biriyik. Ailə şirkəti olan "Fava" 1937-ci ildə təsis edilib. Hazırda şirkəti eyni ailənin 3-cü nəsli idarə edir. Ailə pasta istehsalında böyük təcrübəyə və ənənələrə malikdir. Pasta avadanlıqlarımızın istehsalı üçün xammal Avropadan təchiz edilir. Hazırda İtaliyada pastanın 80%-i bizim avadanlıqlarımızda istehsal olunur, bazarın qalan 20%-ni isə kiçik rəqiblərimiz öz aralarında paylaşır. Dünya bazarının isə 40%-i bizim şirkətin payına düşür. Bu baxımdan bazarda yalnız bir çox güclü rəqibimiz var. Bu iki göstərici şirkətimizin fəaliyyətinin əhəmiyyətini və miqyasını anlamaq üçün kifayət edir. Azərbaycanın ən tanınmış pasta istehsalçılarından biri də bizim müştərimizdir.

Biz artıq ikinci dəfədir ki, bu sərgidə təmsil olunuruq və ötənilki tədbirdən yaxşı nəticələr əldə etmişik. Bu il məqsədimiz artıq bizimlə eyni yolu paylaşan müştərilərimizlə görüşmək, həmçinin pasta biznesinə daxil olmaq istəyən yeni potensial müştərilər tapmaqdır. Pasta istehsalı müəssisəsi açmaq istəyən çoxlu idxal investorları var. Sərgilər, onlayn ünsiyyətdən fərqli olaraq, əyani görüşlər üçün yaxşı fürsət yaradır. Eyni zamanda, satış baxımından, qazanılan müştəri sayı əhəmiyyətlidir, lakin bu, sadəcə bir rəqəmdir. Bizim üçün müştərinin keyfiyyəti, onun yeni layihəyə, yeni müəssisəyə olan marağı daha böyük önəm kəsb edir.

Ümumiyyətlə, bu sərgi çox peşəkar şəkildə təşkil olunub və mənim üçün çox cəlbedicidir. Onu çox bəyənirəm.

Klaudio Veronesi, Satış Texnologiyaları Departamentinin meneceri


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN