İXRAC ÜÇÜN YÜZ MİLYON ƏDƏD DƏFTƏR

İXRAC ÜÇÜN YÜZ MİLYON ƏDƏD DƏFTƏR

11 i̇yun 2021 0000

Artyom Mayevskiy, Belarusun “Qoznak” şirkətinin “KAĞIZ FABRİKİ” Unitar İstehsalat Müəssisəsinin Marketinq və xarici iqtisadi əlaqələr şöbəsinin müdiri

Biz “InterFood” sərgisində debüt edirik. Məktəb dəftərlərinin və s. satışını inkişaf etdirmək baxımından, Azərbaycan bazarı bizim üçün çox maraqlıdır. Bizim şirkət Türkmənistan, Tacikistan, Özbəkistan, Rusiya, Moldova və digər ölkələr ilə əməkdaşlıq edir. Biz ixrac istiqamətini inkişaf etdiririk və üçüncü dəftər xəttini də hazırlamaq niyyətindəyik. Hər il ixrac üçün təxminən 100 000 000 dəftər satırıq. Bu çox yaxşı göstərici olsa da, biz bu rəqəmi daha da
artırmağa çalışırıq.

Eksponatlar arasında dəftərlər, zərflər, qablaşdırma üçün yağa davamlı kağız yer alır. Bizim məhsul çeşidinə ofis kağızları və bir sıra rəngli sənədlər daxildir. Əvvəllər yalnız beş rəng çeşidi təklif edirdik, indi isə onların sayı iyirmi altıya yüksəlib. Biz Rusiya bazarında hər ay təxminən 150 ton kağız satırıq və özümüzü Azərbaycan bazarında tanıtmaq istərdik. Mən Azərbaycanın dəftərxana ləvazimatları bazarını da ziyarət etməyi planlaşdırıram, bütün dəftərxana ləvazimatlarının bir yerdə satılması çox effektli və maraqlıdır.

Əlbəttə ki, pandemiya bütövlükdə iqtisadiyyata təsir edib, lakin düzünü desəm, sektorumuzun inkişafına çox da təsir etməyib. Hər sərgi bizə müəyyən nəticə verir. Burada əlaqə qurmaq, tərəfdaş tapmaq imkanı əldə edilir.


TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN