"Made in Italy" markalı məhsullar

"Made in Italy" markalı məhsullar

19 aprel 2023 0000
Cənab Andrea Makkaniko, İtaliya Ticarət Agentliyinin Azərbaycan və Gürcüstandakı ofisinin direktoru.

- ITA-İtaliya Ticarət Agentliyi, italyan şirkətlərinin xaricdə biznesinin inkişafını dəstəkləyən və İtaliyaya xarici investisiyaların cəlb edilməsinə kömək edən dövlət qurumudur. Motivasiyalı və müasir təşkilata və xaricdə geniş yayılmış ofislər şəbəkəsinə malik olan ITA İtalyanın kiçik və orta müəssisələrinə məlumat, yardım, məsləhət, təşviq və təlim xidmətləri göstərir. Ən müasir çoxkanallı təbliğat və kommunikasiya vasitələrindən istifadə edərək, Agentlik "Made in Italy" markasının üstünlüyünü dünyada təsdiq etmək üçün çalışır. ITA - İtaliya Ticarətin Təşviqi Agentliyi 65 ölkədə 79 ofisdən ibarət qlobal şəbəkəsi vasitəsilə fəaliyyət göstərir.
"Caspian Agro 2023" sərgisində qida və içki sektoruna xüsusi diqqət yetirərək "Made in Italy" markası altında məhsulları təqdim edəcəyik. Stendimizdə “Vivere all'Italiana” nümayişləri və dequstasiyaları keçiriləcək, bu, "Qeyri-adi italyan dadı" şüarı altında "İtalyanlar kimi necə yaşamaq olar" mənasını verir.

Burada ənənəvi italyan yeməklərinin hazırlanması nümayiş etdiriləcək, sərginin qastronomiyaya həsr olunmuş hissəsində "Interfood" sərgisinin qonaqları və iştirakçıları üçün qida və şərab dequstasiyaları təşkil ediləcək.
Aralıq dənizi pəhrizinin əsas hissəsini təşkil edən italyan mətbəxi faydalı təsiri, təbiiliyi, balansı və ləzzəti sayəsində həm region, həm də dünya üçün çox vacibdir.

"Caspian Agro" və "InterFood Baku" çox fərqli sektorlarla əlaqəli olsa belə, onları bir yerdə toplamaq Azərbaycan kimi kiçik bir bazar üçün əhəmiyyət kəsb edir, lakin bu, bizim üçün qeyri-adi görünür, çünki biz İtaliyada kənd təsərrüfatı məhsullarının istehsal xəttinin hər bir sektoruna həsr edilmiş beynəlxalq sərgi və tədbirləri təşkil edirik (məsələn, "EIMA" və "AgriLevante" yalnız kənd təsərrüfatı maşınları və avadanlıqları üçün, "CIBUS" və "TuttoFood" yalnız qida və içkilər üçün, "Vinitaly" yalnız şərab istehsalçıları üçün).

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN