Məhsullarımız Azərbaycanda geniş kütlə tərəfindən tanınır

Məhsullarımız Azərbaycanda geniş kütlə tərəfindən tanınır

27 aprel 2022 0000

Xortov Alexander Mixayloviç, "Moloçnıy Qostinets" Dövlət Müəssisəsinin kommersiya məsələləri üzrə Baş direktorunun müavini.

55 ildən artıqdır ki, “Moloçnıy Qostinets” Respublika törəmə istehsal-ticarət unitar müəssisəsi Belarus Respublikasında süd sənayesinin tanınmış və sevimli brendlərindən biridir. Məhz buna görə də, “Moloçnıy Qostinets”in istehsal etdiyi məhsullar təkcə Belarusda deyil, Rusiya, Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Özbəkistan və digər ölkələrdə də tanınır və məşhurdur. Şirkət emal prosesində yalnız təzə süddən, o cümlədən öz süd kompleksindən istifadə edir.

Məhsullarının çeşidinə iki əmtəə nişanı daxilində tam yağlı süd və turş süd məhsulları, kəsmik məhsulları, emal olunmuş, yarımbərk və bərk preslənmiş pendirlər və kərə yağı daxildir. “Moloçnıy Qostinets” brendi ilə istehsal olunan məhsullar təbii və seçilmiş xam məhsullardan orijinal reseptlər əsasında, müştərilərimizə qarşı bəslədiyimiz sevgi ilə istehsal olunur. “Le Chalet” brendi incə zövq və yüksək keyfiyyətə zəmanət verən süd məhsullarının əla keyfiyyətli məhsul profilidir.

Bu il “InterFood Azerbaijan” sərgisində şirkətimiz yerli istehlakçılara tanış olmayan bir çox yeni məhsullar təklif edəcək - yeni qablaşdırma dizaynına malik, yağ tərkibi azaldılmış (4%-li) dörd çeşiddə kəsmikli desert, təcrübəli qurmanların belə bəyənəcəyi fərqli desert içlikləri (limonlu piroq) , qarağat-çia toxumu, quru ərik-dənli bitkilər-qırmızı quş üzümü, quş üzümü), müxtəlif səviyyələrdə yağ tərkibi və qablaşdırmaya malik olan xama; qaragilə dadlı süd kokteyli və s.

"Moloçnıy Qostinets" dövlət müəssisəsinin məhsulları yüksək keyfiyyətli məhsul kimi özünü sübut edib. Buna görə də, biz qarşıdan gələn sərgidən şirkətin nüfuzunun daha da artırılmasını, eyni zamanda daimi və yeni müştərilərin cəlb edilməsini və nəticədə satışların artmasını gözləyirik.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN