Georgi Avaliani, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri, Kənd təsərrüfatı kooperativlərinin inkişafı Agentliyi (Rural Development Agency )
Gürcü şirkətləri üçün sərgi alıcı tapmaq üçün əla fürsətdir. Azərbaycan iqtisadi və siyasi baxımdan bizim üçün çox mühüm tərəfdaşdır. Bu səviyyəli tədbirdə iştirak etmək, əlbəttə ki, prestijlidir, biz öz məhsullarımızı burada təqdim edərək beynəlxalq biznes sərhədlərini genişləndiririk.
On gürcü şirkəti müxtəlif kənd təsərrüfatı layihələrini təmsil edir. Məsələn, garagilə və qozun yetişdirilməsi, gürcü şərabı və təbii şirələrin istehsalı üzrə. Gürcüstan həmçinin uğurla cır mərsin (mavigilə) yetişdirir. Biz bu istiqaməti çox perspektivli hesab edirik: son 20 ildə istehsal inanılmaz dərəcədə genişlənib və düşünürük ki, Azərbaycan bazarı bizim üçün ən vacib bazarlardan biridir.
Diqqət yetirdik ki, bəzi gürcü məhsulları artıq Azərbaycan supermarketlərində satılır və onların sayını artırmağa ümid edirik. Azərbaycanlılar gürcü məhsulları və şərabları haqqında yaxşı məlumatlıdırlar.
Azərbaycan bazarını meyvələrin sublimasiya prosesi ilə tanış etmək istəyirik – bu, qida məhsullarının dondurulması üsuludur. Nəticədə çipsə bənzər bir məhsul alırıq-bu, konservasiyanın ən inkişaf etmiş yollarından biridir.
Sərgi canlıdır, hər şey çox mütəşəkkil qaydada keçir. Bu iki gün ərzində biz məhsuldar B2B görüşləri keçirdik və ümid edirik ki, bu görüşlər təkcə Azərbaycan şirkətləri ilə deyil, həm də digər ölkələrdən olan alıcılarla uzunmüddətli əməkdaşlığın başlanğıcı olacaq.