Misilsiz keyfiyyət 

Misilsiz keyfiyyət 

12 may 2023 0000
Səadət Fərzəliyeva, Absheron Saffron Şirkətinin İcraçı Direktoru

2016-cı ildə yaradılmış “Absheron Saffron” LTD Azərbaycanın ilk patentləşmiş zəfəran məhsulları istehsalçısıdır. Şirkət Abşeron yarımadasının Zirə qəsəbəsində istehsal sahəsinə malikdir və 20 hektar sahədə zəfəran yetişdirir.
Ən yaxşı premium keyfiyyətdə olan zəfəranlı məhsullarımızı, müştərilərimizlə daha yaxından tanış etmək üçün, 2022-ci ildə “Zərəfəran Məhsulları” adlı  şourum istifadəyə verildi. Fransa və Amerikadan sertifikatlarımız mövcuddur. Eyni zamanda İsveçrə laboratoriyaları tərəfindən mütəmadi olaraq sertifikatlaşdırılır. Öz zəfəran istehsalımız əsasında təbii məhsullar əldə edirik.

"Absheron Saffron" şirkətinin məhsulları tamamilə orqanik məhsullardır. Şirkət zəfəranın və zəfəran məhsullarının becərilməsi və emalı zamanı heç bir kimyəvi və ya sintetik məhsuldan istifadə etmir. Dünyada ən yüksək keyfiyyətli zəfəran yetişdiricilərindən biridir. Şirkətin məhsulları ABŞ, Almaniya, Qətər, Türkiyə, Dubay və Azərbaycanda bir neçə sərgidə nümayiş etdirilib.

İnterfood Azerbaijan 2023 sərgisində Abşeron zəfəranı, Zirə zəfəranı, Zəfəran mürəbbəsi , Bal kremi, Zəfəranlı çiyələk, limon, qreypfrut, ağ gilas, albalı, üzüm, şaftalı, balqabaq, heyva, əncir, naring, portağal, kinkan mürəbbələri və hədiyyəlik qutular şirkətimiz tərəfindən təgdim olunacaq.
Zəfəran ləçəklərindən hazırlanmış və zəfəran tərkibli  mürəbbələrimiz  həm keyfiyyəti həm də ləzzəti ilə Azərbaycanda və dünyada bir ilkdir.Aldığımız patent sayəsində məhsulumuzu bütün dünyada tanınmış bir brend səviyyəsinə qaldırmaq istəyirik.Məqsədimiz 100% bio  Zəfəran və zəfərandan hazırlanmış mürəbbələrimizi - Azərbaycan Brendini layiqincə tanıntmaqdır.

İnterfood Azerbaijan sərgisində iştirak etməyi çox vacib sayırıq. İlkin olaraq belə sərgilərin keçirilməsi hər bir iş adamını daha da həvəsləndirir.Çünki müəyyən işləri gördükdən sonra istehsal etdiyin məhsulun keyfiyyətini və adını daha geniş miqyasda  tanıntmaq istəyirsən. Belə sərgilərdə bir başa belə tanıtımlara vəsilə olur.Sərgilərə xarici nümayəndələrin cəlbini isə xüsusi vurğulamaq lazımdır. Ümid edirik,bu ildə daha böyük kütləyə məhsul tanıtımı edərik. Azərbaycan Zəfəranını və ondan hazırlanmış mürəbbələri layiqincə nümayiş etdirməyin qürurunu yaşayacağımıza əminik.

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN