Müştəri məmnuniyyəti əsas hədəfimizdir

Müştəri məmnuniyyəti əsas hədəfimizdir

18 may 2023 0000

Nader Labidi, İxrac üzrə menecer, Dorcas

Bu gün burada olmaq və Tunis Respublikası Ticarət Nazirliyinin nümayəndə heyətini təmsil etmək bizim üçün böyük şərəfdir. Bu, bizim Azərbaycana ilk səfərimizdir. Şirkətimiz üçün Azərbaycan potensial satış bazarıdır. Biz yüksək keyfiyyətli və rəqabətli məhsullar təklif edirik və yerli bazarın bu məhsullarla maraqlanıb-maraqlanmadığını yoxlamaq istəyirik. Nümayəndə heyətimizə üç şirkətin və Tunis məhsullarının ixracından məsul olan Tunis tanıtım mərkəzinin nümayəndələri daxildir. Həmçinin zeytun yağı, makaron və əriştə daxil olmaqla məhsullarımızı sərgiyə gətirmişik. Şirkət olaraq gözləntilərin qarşılanması və müştəri məmnuniyyəti əsas hədəfimizdir.

Tunis dünyanın ən böyük xurma ixracatçısıdır. Bundan əlavə, Tunis dünyanın ən böyük dörd zeytun yağı ixracatçısından biridir və üzvi zeytun yağı istehsalında 3-cü yerdədir. Tunis zeytun yağı keyfiyyəti, dadı və ətri ilə tanınır.

Tunis Aralıq dənizi ilə həmsərhəd ölkədir. Məhz buna görə də biz burada, Azərbaycanda özümüzü rahat hiss edirik. Sərgi bizə Azərbaycanla qonşu olan müxtəlif ölkələrin nümayəndələri ilə əlaqə yaratmağa imkan verir.

Biz Azərbaycana, Bakıya ilk dəfə gələndə bu ölkə bizdə böyük təəssürat yaratdı. Azərbaycan şirkətləri ilə müxtəlif sahələrdə (tibb, kosmetika və s.) əlaqələr qurmaq və onları Tunisə dəvət etmək istəyirik.


TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN