“Növbəti sərgidə mütləq iştirak edəcəyik!”

“Növbəti sərgidə mütləq iştirak edəcəyik!”

16 may 2024 0000

"Bombbar" şirkəti keyfiyyətli Avropa xammalından həm faydalı, həm də dadlı məhsullar istehsal edir.

"Fitness Food" istehsalçı zavodunda "BOMBBAR", "SNAQFABRIQ" и "CHIKALAB" brendlərinin məhsulları istehsal olunur.

7 ildən çoxdur ki, bazarda olan "Bombbar" hərəkətverici brenddir. Onun hədəf auditoriyasına sağlam həyat tərzi pərəstişkarları, həmçinin az kalorili və bol zülallı məhsulların həvəskarları daxildir. Bu, gözəl bədən formalaşdırmağa, enerjini hiss etməyə və idmançıları qələbəyə kökləməyə imkan verir. "CHIKALAB" brendinin əlavə zülal porsiyalı fitnes desertləri xüsusi olaraq qadınlar üçün nəzərdə tutulub, "SNAQFABRIQ" brendi isə kütləvi istehlak brendidir.

Biz üç ildir ki, Azərbaycan bazarında təmsil olunuruq, "InterFood Azerbaijan" sərgisində isə ikinci dəfə iştirak edirik. Ziyarətçilər brendlərimizi tanıyır, yaxınlaşır, tanış olur, bizimlə ünsiyyət qurur, bir sözlə, sərgi kifayət qədər məhsuldar keçir. Burada çox yaxşı trafik var ki, bu da brendlərimizi nümayiş etdirmək, eləcə də ziyarətçiləri fəal şəkildə cəlb etmək üçün vasitələrdən biridir.

Bu sərgi müştərilərə və istehlakçılara yaxınlaşmaq üçün şərait yaradır. Bu, həm də mövcud trendləri öyrənmək, əlaqəli şirkətləri izləmək, məhsula hansı tələblərin olduğunu müəyyən etmək və hədəf auditoriyanı qiymətləndirmək imkanıdır. Ən xoşuma gələn məqamlardan biri də bəzən bizi ünsiyyətdən yayındıran yüksək səsli musiqinin olmamasıdır. Hər şey dəqiq şəkildə bölüşdürülüb və vaxtlı-vaxtında həyata keçirilir. Bu sərgiyə hazırlaşmaq üçün kifayət qədər vaxtımız var idi, təşkilatçı tərəfindən də faydalı tövsiyələr alırdıq. Gələn il də mütləq iştirak edəcəyik!

Son sərgidən sonra məhsullarımızın tədarük həcmini artıra bildik. Əgər ilk vaxtlarda məhsullarımız yalnız 4 distribütor mağazasında satılırdısa, sərgidən sonra minimarketlərə

və marketpleyslərə tədarük olunmağa başladı. Bu il vəzifəmiz bütün məhsul çeşidimizi göstərməkdir, çünki bundan əvvəl biz sərgiyə yalnız məhdud ekspozisiya ilə gəlirdik. Bu sərgidə təkcə Azərbaycan nümayəndələri deyil, həm də xarici iş adamları iştirak edir, ona görə də bizim üçün bütün potensial tərəfdaşlar və istehlakçılarla ümumi dil tapmaq son dərəcə əhəmiyyətlidir.

Ölkə prezidentinin şəxsən iştirak etməsi sərginin yüksək səviyyəsindən xəbər verir. Distributorumuz bizə bu tədbirdə iştirak etməyi tövsiyə etdi, çünki böyük beynəlxalq sərgilərdə iştirak hər zaman faydalı olur: ola bilsin ki, sağlam həyat tərzi sektorunda fəaliyyət göstərən distribütorumuzdan əlavə, biz burada digər brendlərimizi tanıdacaq yeni distribütorlar tapacağıq.

Sərginin ikinci günündən etibarən dequstasiyalar təşkil etdik. Bu sərgidə biz fəal informasiya sahəsində yer alır, faydalı məlumatları təhlil edir, istehlakçıların rəylərini almaq üçün marketinq strategiyası formalaşdırırıq.

Sərgi şirkətimizi və brendlərimizi tanıtmaq baxımından effektiv vasitədir. Bakıya gələndə artıq hava limanında "InterFood Azerbaijan"ın reklamını gördüm və bu, ziyarətçiləri cəlb etmək baxımından çox gözəl addımdır. Bu sərgi həm də ölkə və insanlarla yaxından tanış olmaq, bazarı öyrənmək, distribütorun və onun komandasının işini qiymətləndirmək, tərəfdaşlıq əlaqələrini gücləndirmək imkanı verir.

Tatyana İvlieva, "Bombbar" şirkətinin marketinq üzrə direktoru


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN