“Novosibirsk” şirkətləri ilə tanış olun

“Novosibirsk” şirkətləri ilə tanış olun

20 may 2022 0000

Ekaterina Rychkova, Novosibirsk Region Dəstək Mərkəzinin mütəxəssisi

Biz milli layihə hazırlayırıq, onun çərçivəsində regionumuzun şirkətlərinin ekspozisiyalarını təşkil edirik. Müəssisələr öz məhsulları haqqında danışmaq və ixraca etmək imkanı əldə edirlər. Bu gün stendimizdə beş şirkət təmsil olunur.

Birincisi “Ust-Kalmanski” Elevator İstehsalat Birliyidir. Un istehsalı ilə məşğuldur.

Əlavə olaraq “VerdaTerra” bitki və heyvanlar üçün hümik turşulardan alınan gübrə istehsalçısıdır. Şirkət, həmçinin,  insanlar üçün pəhriz qida əlavələri də istehsal edir.

Bundan əlavə, “Prodpostavka” MMC şirkəti düzgün qidalanma üzrə istehsalçıdır, bunlar tam buğdaçörəyi, qənnadı məmulatları, qarğıdalı partlaqlarıdır.

Bitki yağları istehsalçısı olan “Armaz” şirkəti: günəbaxan, kolza və müxtəlif ekstraktların əlavə olunduğu yağlar, həmçinin salatlar üçün yeni yağ spreyi istehsal edir.

 "More Life" sağlam qidalanma şirkəti, zülal barları, dənli barlar, peçenye, cem, şəkərsiz marmelad istehsalçısıdır. Onlar bir çox ölkələrə göndərilir. Şəkərsiz olmaqları diabet xəstələri üçün üstünlükdür.

Biz ilk dəfədir ki, “InterFood” sərgisində iştirak edirik. Məhsulumuzu Azərbaycanda yaymaq üçün distribyutorlar axtarırıq. Sərgi haqqında çox yaxşı təəssüratlar vardır. İri miqyaslı, gözəl stendlər. İştirakçılara qarşı olan mehribanlığı və hörməti xüsusilə vurğulamaq istəyirəm.


TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN