Pendir, yağ, süd, qatıq, kəsmik...

Pendir, yağ, süd, qatıq, kəsmik...

12 i̇yun 2021 0000

Sergey Soroqovets, “Slutsk Pendir Kombinatı” ASC-nin Baş direktoru

“Slutsk Pendir Kombinatı” Belarusun süd məmulatları istehsal edən ən böyük müəssisələrindən biri olmaqla yanaşı, 6 istehsal sahəsi və 3 əkinçilik filialı olan universal şirkətdir. Emal həcmi orta hesabla təxminən 1.800 ton süd təşkil edir və bu süddən quru süd, süzmə, pendir, kərə yağı və digər tam südlü məhsullar (qatıqlar, spred pendirlər, kəsmik və s.) istehsal olunur. Şirkətin kifayət qədər geniş xammal bazası var və 180 təsərrüfatdan süd alır. Bizim öz bağçılıq təsərrüfatlarımız və hətta arıçılıq sahələrimiz var. “InterFood Azerbaijan” sərgisində demək olar ki, bütün məhsullarımızı nümayiş etdiririk. Həm də burada tərəfdaşımızı – “Zdravuşka” süd kombinatını təmsil edirik.

Məhsullarımızı artıq bir neçə dəfə “InterFood Azerbaijan” sərgisində nümayiş etdirmişik və bu da mallarımızın Azərbaycan bazarında tanıdılmasına böyük töhfə verir. Ancaq biz əldə etdiklərimizlə kifayətlənmirik və indi yalnız təbii xammaldan hazırlanan pendirlərimizi Azərbaycanda populyarlaşdığrmağa diqqət yetiririk.

Mən sərgini kifayət qədər yüksək qiymətləndirirəm və burada bizim məhsullara böyük maraq var - düşünürəm ki, nəticə etibarı ilə Azərbaycandakı tərəfdaş bazamızı genişləndirə biləcəyik.


TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN