Peşəkarları iş başında görmək xoşdur

Peşəkarları iş başında görmək xoşdur

19 may 2023 0000

Olesya Makarova, "SCALINI"də aşpaz köməkçisi, Azərbaycan

Mən müxtəlif ölkələrdə, o cümlədən Bakıda təşkil olunan fərqli sərgilərdə iştirak etməyi çox sevirəm. Bu sərgi təəssürat yaradır: hər şeydə peşəkar yanaşma, fikrimcə, təşkilatçılıq ən yüksək səviyyədədir.

Bu gün sərgiyə italyan dostlarımı dəstəkləməyə gəlmişəm- onlar burada pizzalarını təqdim edirlər.

Öz işinin peşəkarlarını, gördükləri işi yaxşı bilən insanları görmək çox xoşdur. Kontingent əladır, həqiqətən hər şeyi çox bəyənirəm. Bu sahədə çalışan bir insan kimi əminliklə deyə bilərəm ki, sərgi mənim bütün gözləntilərimi üstələyib.

Azərbaycan, Belarus, İtaliya şirkətlərinin burada olması sevindirici haldır, amma təəssüf ki, Qərbi Avropa ölkələrindən olan şirkətlər təmsil olunmur, həmçinin çox az türk şirkəti var.

Gələn il mütləq yenidən buraya gələcəyəm.


TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN